RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Dövlət Neft Akademiyasında çoxsaylı insanların həlak olması ilə nəticələnmiş faciəli hadisə haqqında xəbər Özbəkistanda dərin kədər hissi ilə qarşılanmışdır.
Xahiş edirəm, mənim səmimi başsağlığımı qəbul edəsiniz, həlak olanların doğmalarının və yaxınlarının dərdlərinə şərik olduğumu onlara çatdırasınız.
İslam Kərimov
Özbəkistan Respublikasının Prezidenti
Daşkənd, 1 may 2009-cu il.