AZƏRBAYCAN-RUSİYA DÖVLƏT SƏRHƏDİNİN DEMİLİTASİYASI SƏRHƏDÇİLƏRİN XİDMƏTİNƏ MANE OLMAMALIDIR
Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demilitasiyası prosesi həmin ərazidə keşik çəkən sərhədçilərin işinə mane olmamalıdır. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı general-leytenant Elçin Quliyev demişdir.
E.Quliyev bildirmişdir ki, bu məsələ Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Cənub Federal Dairəsi üzrə Regional Sərhəd İdarəsinin rəisi general-polkovnik Nikolay Lisinskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə də müzakirə olunmuşdur.
Azərbaycan-Rusiya dövlət sərhədinin demilitasiyasının sona çatmaq üzrə olduğunu qeyd edən Dövlət Sərhəd Xidmətinin rəisi, məsələnin həlli üçün tərəflərin səy göstərdiyini diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]