AZƏRBAYCAN-RUSİYA DÖVLƏT SƏRHƏDİNİN DEMİLİTASİYASI ÜZRƏ KOMİSSİYANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, dekabrın 6-da Xarici İşlər Nazirliyində iclasın açılışı olmuşdur. Azərbaycan tərəfdən komissiyanın həmsədri xarici işlər nazirinin müavini Xələf Xələfov qonaqları salamlamış, ölkələrimiz arasındakı yüksək səviyyədə olan münasibətləri qeyd etmişdir. O, tərəflər arasındakı siyasi dialoqun müxtəlif sahələrdə əlaqələrin inkişafına şərait yaratdığını vurğulamışdır. 1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilə Rusiya arasındakı dövlət sərhədinin demilitasiyasının önə çıxdığını və bu məsələnin həllinin vacib olduğunu diqqətə çatdıran X.Xələfov, bu məqsədlə müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət birgə komissiyanın yaradıldığını, mütəmadi görüşlər keçirildiyini demişdir.
Rusiya tərəfdən komissiyanın həmsədri, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Yakovlenko qonaqpərvərliyə görə təşəkkürünü bildirmiş, Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə olan münasibətləri qeyd etmişdir. O, sərhədlərin demilitasiyası üzrə işin sona yaxınlaşdığını, birgə komissiyanın Bakıda keçirilən 10-cu iclasının bu məsələnin həllinə əhəmiyyətli dərəcədə təkan verəcəyinə inamını ifadə etmişdir.
İclas dekabrın 9-dək öz işini başa çatdıracaqdır.