Azərbaycan Şahmat Federasiyası onlayn turnir keçirməyi planlaşdırır
Bakı, 10 aprel, Leyla Qurbanova, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyası (AŞF) ölkəmizdə xüsusi karantin günlərində onlayn turnir keçirməyi planlaşdırır.
Bu fikri AŞF-in vitse-prezidenti Faiq Həsənov AZƏRTAC-a açıqlamasında bildirib. O qeyd edib ki, bununla bağlı əsasnamə hazırlanır. Əsasnamə təsdiqləndikdən sonra sürətli şahmat üzrə yarış təşkil ediləcək.
F.Həsənov turnirdə aşağı reytinqli şahmatçıların da mübarizə aparacaqlarını və bununla da yarışın daha çox şahmatçını əhatə edəcəyini vurğulayıb: “Turnirdə 1900 və daha yüksək reytinqli şahmatçılar iştirak edəcəklər. Yarışa qatılmaq istəyən şahmatçılar üçün bu, geniş imkanlar yaradacaq”.
Vitse-prezident yarışın əsasnaməsi təsdiq olunarsa, turnirin aprelin ikinci yarısında təşkil ediləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]