AZƏRBAYCAN ŞAHMATÇILARI BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 16 yanvar (AZƏRTAC). Şahmat federasiyasından bildirmişlər ki, yanvarın 27-dən fevralın 5-dək Cəbəllütariqdə 7-ci beynəlxalq şahmat festivalı start götürəcəkdir.
Festivalda Azərbaycanı qrossmeysterlər Vüqar Həşimov, Qədir Hüseynov və Fərhad Tahirovun təmsil edəcəyi gözlənilir. Turnirdə həmçinin tanınmış xarici şahmatçılardan Petr Svidler və Aleksey Dreyev (Rusiya), İvan Sokolov və Yan Timman (Niderland), Aleksandr Belyavski (Sloveniya) və digərləri iştirak edəcəklər.
Turnir İsveçrə sistemi üzrə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]