Azərbaycan şahmatçıları Daşkənddə keçirilən Aqzamov memorialı yarışında mübarizəni davam etdirirlər
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan şahmatçıları Daşkənddə keçirilən Aqzamov memorialı yarışında mübarizəni davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, 15-ci dəfə keçirilən yarışın güclü A turnirində iştirak edən təmsilçilərimizdən ən yaxşı nəticəni Vüqar Əsədli göstərib. Ötən 5 turda 3 xal toplayan şahmatçımız bu nəticə ilə liderdən cəmi 1xal geri qalaraq 3-16-cı yerləri bölüşür. Digər şahmatçılarımızdan Vüqar Manafov, Məhəmməd Muradlı 2,5 xal əldə ediblər. Misrətdin İsgəndərov 2, Şahin Vəliyev isə 1 xala malikdirlər.
On turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilir.
Mayın 11-dək davam edəcək turnirdə 66 şahmatçı iştirak edir ki, onlardan da 16-sı qrosmeysterlərdir..
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]