Azərbaycan şahmatçısı Daşkənddə keçirilən Aqzamov memorialı yarışında uğurlu çıxışını davam etdirir
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan şahmatçısı Vüqar Əsədli Daşkənddə keçirilən Aqzamov memorialı yarışında uğurlu çıxışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, 15-ci dəfə keçirilən yarışın güclü A turnirində mübarizə aparan təmsilçimiz ötən 7 turda 5 xal toplayıb. O, bu nəticə ilə liderdən cəmi yarım xal geri qalır. Digər şahmatçılarımız Misrətdin İsgəndərov 4,5, Məhəmməd Muradlı, Vüqar Manafov 4, Şahin Vəliyev 3,5 xal toplayıblar.
On turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilir.
Mayın 11-dək davam edəcək turnirdə 66 şahmatçı iştirak edir ki, onlardan da 16-sı qrosmeysterlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]