Azərbaycan şahmatçısı: Dünya çempionatında inanılmaz nəticəyə imza atdıq
Bakı, 22 dekabr, AZƏRTAC
Bu il mənim üçün gərgin və maraqlı keçdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadın şahmatçısı Gövhər Beydullayeva deyib.
O, 2025-ci ilə uğurlu start verdiyini xatırladıb: “Azərbaycan çempionatında ikinci yerə layiq görüldüm. Tanınmış ictimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində üçüncü oldum. Serbiyada təşkil edilən klublararası Avropa çempionatında gümüş medal qazandım. Bizim üçün ilin ən böyük yarışı İspaniyadakı dünya çempionatı idi. Son anda bu turnirə qatıldıq. Hər gün iki tur oynamaq bizi daha da gərginləşdirirdi. Sonda isə ikinci olduq. Bu, bizim üçün inanılmaz nəticə idi”.
Gənc şahmatçı 2026-cı ildəki gözləntilərindən də danışıb: “Hədəflər barədə çox danışmağı xoşlamıram. Amma gələn il bizi Şahmat Olimpiadası gözləyir. Bu yarışda heç vaxt medalımız olmayıb. İlkə imza atmaq istəyirik. Əlbəttə ki, məqsədlərimdən biri də reytinqimi yüksəltməkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]