Azərbaycan səfiri etimadnaməsini Gürcüstanın Prezidentinə təqdim edib
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Faiq Quliyevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Gürcüstan Prezidentinə təqdim edib.
Orbeliani sarayında keçirilən rəsmi mərasimdən sonra S.Zurabişvili və F.Quliyev arasında görüş olub.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin daha genişləndirilməsinin vacibliyi vurğulanıb.
Söhbət zamanı bölgədə sülhün və sabitliyin əhəmiyyəti qeyd olunub.
Prezident Salome Zurabişvili səfir Faiq Quliyevə yeni fəaliyyətində uğurlar arzulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi