SİYASƏT
Azərbaycan səfirliyinə hücum zamanı 1 nəfər ölüb, iki nəfər yaralanıb
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı 1 nəfər ölüb, iki nəfər yaralanıb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Qeyd olunub ki, həlak olan əməkdaş səfirliyin mühafizə xidmətinin rəisidir. Yaralıların vəziyyəti qənaətbəxşdir.