Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə edilib
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən Zirvə toplantısında iştirakı çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən və İƏT çərçivəsində birgə fəaliyyətdən məmnunluq ifadə olunub və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazirlər iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə nümayəndə heyətlərinin mübadiləsi, XİN-lərarası təmasların artırılması və yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini bildiriblər.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [08:03]
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
- 14.07.2026 [18:29]
Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
- 13.07.2026 [16:46]
Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]