AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ DÖVLƏTİMİZİN ƏRAZİ BÜTÖVLÜYÜNÜ BƏRPA ETMƏK İQTİDARINDADIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, tədbirdə respublika rəhbərliyinin, ictimaiyyətin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusların nümayəndələri və hərbi attaşeləri iştirak etmişlər.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev təntənəli mərasimdə çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin 86 il ərzində keçdiyi döyüş və mübarizə yolundan danışmışdır. Silahlı Qüvvələrimizin bugünkü vəziyyətindən bəhs edən nazir, ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğundakı rolunu xüsusi qeyd etmiş və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğını xüsusi vurğulamışdır.
General-polkovnik S.Əbiyev demişdir ki, mən xalqımızı və Prezidentimizi əmin edirəm ki, Azərbaycan Silahlı Qüvvələri dövlətimizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır.
Mərasim Azərbaycan incəsənət xadimlərinin iştirak etdiyi bədii proqramla başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]