Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri martın 14-dən etibarən bir sıra beynəlxalq tədbirdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçularımız martın 16-dək İstanbulda “Beynəlxalq hərbi elmlər və təhlükəsizlik - 2016”, ayın 19-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda NATO-nun regional kollektiv təlimi planlaşdırma kursuna qatılıblar. Hərbçilərimiz, həmçinin martın 25-dək İtaliyanın Latina şəhərində qüvvələrin açılmasının və hərəkətinin idarəedilməsi sistemi üzrə təməl, martın 25-dək Ankarada təşkil olunan qərargah zabitləri üçün böhranlara cavab əməliyyatları kurslarında iştirak edirlər.
Bundan başqa, aprelin 8-dək İstanbulda əldə düzəldilmiş partlayıcı maddələrin zərərsizləşdirilməsi və aprelin 29-dək Böyük Britaniyanın Şrivenhem şəhərində geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə kurslarda da Silahlı Qüvvələrimiz təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]