Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
Bakı, 5 iyun, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Braziliyanın Rio-de-Janeyro şəhərinə işgüzar səfər edib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, səfər zamanı qurumun nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (ISO/TC 228) iclasında iştirak edib. “Braziliya Texniki Standartlar Assosiasiyası”nın təşkilatçılığı ilə keçirilən iclasa Azərbaycanla yanaşı, İspaniya Standartlaşdırma Assosiasiyası, Yaponiya Sənaye Standartları Komitəsi, Britaniya Standartlar İnstitutu, İtaliya Standartlar Qurumu, Koreya Texnologiya və Standartlar Agentliyi, Çin Standartlaşdırma İdarəsi, Monteneqro Standartlaşdırma İnstitutu və digər ölkələrin standartlaşdırma üzrə qurumlarından ümumilikdə 72 nümayəndə qatılıb. Tədbir zamanı təqdim edilmiş beynəlxalq standart layihələri ətrafında geniş müzakirələr aparılıb, bu layihələrə dair üzv ölkələrin rəy və təklifləri nəzərdən keçirilib. Bundan əlavə, turizm sahəsində hazırlanacaq yeni standart layihələri üzrə işçi qruplarda fəaliyyət göstərəcək ekspertlərin təyinatı müzakirə olunub.
Sözügedən tədbirin yekununda komitənin strateji sənədlərinin, o cümlədən Strateji Biznes Planının yenilənməsi, bəzi mövcud standartların etibarlılığının uzadılması ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin növbəti illərdə keçiriləcək plenar iclaslarla bağlı ilkin razılaşmalar əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:48]
Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT
- 05.06.2026 [11:41]
Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb
- 05.06.2026 [11:40]
Azərbaycan-Almaniya Biznes Şurası yaradılacaq
- 05.06.2026 [11:38]
Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 16 faizdən çox artıb
- 05.06.2026 [11:06]
Qızıl həftəni itkilərlə başa vurur
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]