SİYASƏT
Azərbaycan sülhün, sabitliyin və davamlı inkişafın tərəfdarıdır - Gürcü politoloq
![Azərbaycan sülhün, sabitliyin və davamlı inkişafın tərəfdarıdır - Gürcü politoloq](/files/2023/1/1200x630/16786941462213229946_1200x630.jpg)
Tbilisi, 13 mart, AZƏRTAC
Azərbaycan paytaxtında "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən X Qlobal Bakı Forumu çox mühüm tarixi əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Simon Kopadze söyləyib.
Onun sözlərinə görə, Forumda müzakirə olunan məsələlər, səslənən fikirlər, xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri davamlı sülhə və dayanıqlı inkişafa nail olmaq baxımından dünya siyasətçiləri üçün çox mühüm əhəmiyyət daşıyır. Bu tədbir bir daha göstərdi ki, Azərbaycan regionda və dünyada sülhün, sabitliyin, davamlı inkişafın tərəfdarıdır.
Politoloq deyib ki, Ermənistan da bu çıxışlardan, çağırışlardan düzgün nəticə çıxarmalıdır. Başa düşməlidir ki, xarici havadarların köməyinə arxalanmaq yalnız özünü və xalqı aldatmaqdır.
"Düşünürəm ki, Ermənistan Azərbaycanın sülh çağırışlarına nə qədər tez qoşulsa, regionda davamlı sülhə, sabitliyə və davamlı inkişafa bir o qədər tez nail olarıq", - deyə S.Kopadze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi