SİYASƏT
Azərbaycan-Tacikistan əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, S.Aslov cari il aprelin 2-3-də Azərbaycana rəsmi səfərini, keçirdiyi yüksək səviyyəli görüşləri xatırladıb, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra sahələr - əlvan metallurgiya, aqrar sənaye, energetika, nəqliyyat-kommunikasiya, neft və neft emalı sahələrində əməkdaşlıq, hidroenergetika və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında əlaqələrin daha da inkişafı üçün Düşənbə-Bakı birbaşa aviareysinin bərpasının vacibliyi qeyd edilib. Həmçinin Azərbaycan investisiyasının Tacikistan iqtisadiyyatına cəlb edilməsi, Tacikistanın gələcəkdə Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulması məsələlərinin önəmi vurğulanıb.
Tərəflər, həmçinin bu ilin ikinci yarısında Düşənbədə Azərbaycan sənaye və ərzaq məhsulları sərgisinin keçirilməsi, Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə biznes forumun, eləcə də Azərbaycan-Tacikistan iqtisadi-ticarət, mədəni əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının üçüncü iclasının təşkili məsələlərini müzakirə ediblər.