Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Təhsil Şəbəkəsi təhsildə tətbiq edilən rəqəmsal texnologiyaların əsas dayaq infrastrukturudur

Bakı, 16 mart, AZƏRTAC

Bu gün Azərbaycan Təhsil Şəbəkəsi necə fəaliyyət göstərir, qurum işini hansı istiqamətlərdə qurub? Bu barədə ətraflı məlumat üçün AZƏRTAC “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayevin müsahibəsini təqdim edir.

-Natiq müəllim, “AzEduNet” sözünün açıqlamasını verə bilərsinizmi?

-“AzEduNet” sözü ingilis dilində “Azerbaijan Educational Network” - yəni Azərbaycan Təhsil Şəbəkəsi söz birləşməsinin qısaldılmış formasıdır.

-Qurumun adı onun təhsilyönümlü olmasına işarə edir. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, bizim fəaliyyətimiz Azərbaycanın təhsil sektoruna yönəlib. Bildiyiniz kimi, təhsil sahəsindəki İKT xidmətləri kifayət qədər spesifik istiqamətdir. Bu sahədə işləmək üçün texniki cəhətdən bacarıqlı olmaq kifayət etmir. Təhsil sahəsinin ehtiyaclarını və müasir tendensiyaları da bilmək vacibdir. Bu baxımdan qeyd edə bilərik ki, Təhsil Nazirliyinin həyata keçirdiyi və operatoru olduğumuz “Azərbaycan Təhsil Şəbəkəsi” (ATŞ) layihəsi təhsil sahəsində tətbiq edilən rəqəmsal texnologiyaların əsas dayaq infrastrukturudur.

-Bəs ATŞ deyərkən nə anlamaq olar? İnternetə qoşulmuş təhsil müəssisələri?

-Xeyr, bu belə deyil. Məsələ burasındadır ki, təhsil şəbəkəsi, texniki dillə desək, korporativ fərdi şəbəkədir və bu şəbəkə daxilində bir neçə xidmət növü təklif olunur. Bunlardan biri də təhsil müəssisələrinin internetə qoşulmasıdır. Lakin internet təminatı göstərilən xidmətlərin yalnız 5 faizini təşkil edir. Təsəvvür edək ki, biz təhsil müəssisəsini yalnız internetə qoşmuşuq və ümumi təhsil şəbəkəsindən ayırmışıq. Bu zaman aşağıda qeyd olunan hallar baş verəcək:

-Vahid şəbəkədə olan təhsil müəssisələri arasında məlumat mübadiləsi, videobağlantıların yaradılması imkanı olmayacaq, internet məzmunun süzgəclənməsi işləməyəcək. Bununla da məktəblərdə internetin təhlükəsizliyinə nəzarət etmək mümkün olmayacaq.

-Eyni zamanda, şagird, tələbə və müəllimlərin kompüterləri arasında informasiya mübadiləsi mümkün olmayacaq; bütün açıq təhsil resurslarına çıxış sürəti aşağı düşəcək; həftənin 7 günü, 24 saat təhsil müəssisələrinə göstərilən texniki dəstək dayanacaq. Bu siyahını uzatmaq da olar.

Lakin internet təminatı dayansa da, Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi imkanlar vasitəsilə Təhsil Nazirliyinin əhəmiyyətli resursları və digər xidmətlər şəbəkə daxilində yenə də öz fəaliyyətini davam etdirəcək. Belə ki, IP telefoniya, 146 qaynar xətti, videokonfrans, maliyyə sistemi, qeydiyyat xidmətləri - məsələn, birinci sinfə sənəd qəbulu prosesi, həmçinin elektron tədris resurslarına giriş mümkün olacaq.

Təhsil şəbəkəsi çox böyük bir infrastrukturdur. Bu infrastrukturun daim texniki dəstəyə və yenilənməyə ehtiyacı var. Çoxsaylı xidmətləri dəstəkləmək üçün isə peşəkar mütəxəssislərin xidmətləri tələb olunur. Çünki təhsil şəbəkəsi təhsil ehtiyacları əsasında qurulmuş peşəkar bir sistemdir.

-Bəs təhsil müəssisələri hansı üsulla təhsil şəbəkəsinə qoşulur?

-Bu, təhsil müəssisəsinin ehtiyaclarına görə müəyyənləşdirilir. Məsələn, çoxlu kompüter otaqları olan böyük məktəblər üçün optik lifli kabel vasitəsilə qoşulma tələb olunsa da, elə də böyük olmayan məktəblər üçün ADSL texnologiyası ilə qoşuruq. Ucqar ərazilərdə yerləşən və şəbəkə təminatı olmayan təhsil müəssisələrində isə LTE texnologiyalarına əsaslanan şəbəkə qurulur. Yəni, təhsil müəssisələri şagirdlərin sayı və digər parametrlərə görə qruplara bölünüb. Qoşulma üsulları isə bu qruplara əsasən müəyyənləşdirilir.

Adətən minimal ötürmə sürəti 10 MB/saniyə, orta sürət isə 100 MB/saniyədir. Bundan başqa, 1 GB/saniyə və 10 GB/saniyə sürəti olan kanallar da mövcuddur. Bu sürətlər Təhsil Nazirliyinin data mərkəzi və nazirliyin özünün lokal şəbəkəsindədir.

- Siz LTE texnologiyaları haqqında söz açdınız. Bu nə deməkdir? Bu formatda informasiya ötürmək üçün avadanlıqlarınız varmı?

- Bizim LTE baza stansiyalarımız yoxdur, amma “Bakcell” şirkətinin timsalında çox yaxşı bir tərəfdaşımız var. “Bakcell” şirkəti bizimlə çalışmaq və “interconnection” texnologiyasını texniki cəhətdən reallaşdırmaq imkanına malikdir. Bunun sayəsində Təhsil Şəbəkəsi və “Bakcell”in şəbəkəsi birləşdirilərək unikal bir qoşulma yaradılıb. Bu tərəfdaşlıq sayəsində “Bakcell”in şəbəkəsini və onun baza stansiyalarını birbaşa Təhsil Şəbəkəsinə qoşmağa imkan yaranır. Daha doğrusu “Bakcell” bizə imkan yaradıb ki, onun baza stansiyalarını öz resurslarımız kimi istifadə edək. Biz bu stansiyalar sayəsində öz trafikimizi idarə edirik, IP ünvanlar veririk, interneti filtrasiya edirik və s.

Özümüzün xarici 24dbi parabolik antenlər vasitəsilə gücləndirdiyimiz LTE modemləri istifadə edirik. Bu da öz növbəsində etibarlı kanal yaradır. “Bakcell”in LTE əhatə dairəsində olan ərazilərdə informasiya ötürülməsi sürəti 40-50 MB/saniyə olur.

Əlavə olaraq qeyd etmək istərdim ki, 2019-cu ilin ortalarında Təhsil Nazirliyi, “AzEduNet” və “Bakcell” arasında üçtərəfli saziş imzalanıb. Bu sazişə əsasən, “Bakcell” tərəfindən təhsil müəssisələrinə 700 ədəd pulsuz datakart təqdim olunub. “AzEduNet” də öz növbəsində 700 təhsil müəssisəsini ödənişsiz olaraq, Azərbaycan Təhsil Şəbəkəsinə qoşub. Qeyd olunan layihə nəticəsində məktəblərin təhsil şəbəkəsinə qoşulması üçün nəzərdə tutulan dövlət vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət edilib. Həmin məktəblər təhsil şəbəkəsinə qoşulmaqla yanaşı, süzgəclənmiş internet trafiki ilə də təmin olunub.

- Deyə bilərsinizmi, bu gün təhsil müəssisələrinin şəbəkəyə qoşulması hansı vəziyyətdədir? Əgər çətin deyilsə, rəqəmləri də sadalayın, zəhmət olmasa.

-Bu gün Azərbaycanda ümumilikdə 3900-dən çox ümumi təhsil müəssisəsi ATŞ-yə qoşulub. Şəbəkə hazırda ölkənin 75 faiz ümumi təhsil müəssisəsini, ölkədə təhsil alan ümumi şagirdlərin 94 faizini, məktəblərdə tədris aparan müəllimlərin isə 90 faizini əhatə edir.

-Bəs fəaliyyətinizdə hansı standartlardan istifadə edirsiniz?

-Bizim əsas standartımız ISO 9001-dir. Bu standartı tətbiq etmək üçün Britaniya Standartlar İnstitutunu (BSİ) cəlb etmişik. BSİ işlərini tam keyfiyyəti ilə həyata keçirir və xırda nöqsanları belə bağışlamır. Bu standartları tətbiq etməkdə əsas məqsədimiz nəzərdə tutduğumuz ISO 20000 standartını almaq idi. Bunun üçün isə ISO 9001 standartı önəmli idi. BSİ-nin sərt nəzarəti altında ISO 9001 standartını almaqla biz ISO 20000 sertifikatına gedən yolumuzu açmış olduq.

ISO 20000 standartları üzrə də sertifikatlaşma BSİ auditorları tərəfindən həyata keçirildi. Qürur hissi ilə deyə bilərik ki, biz Azərbaycanda ISO 20000 standartını alan ilk qurumuq.

“AzEduNet” olaraq biz ITIL (Information Technology Infrastructure Library) təcrübələrini də tətbiq edirik. Bir müddət əvvəl Almaniyanın “Deutsche Telecom” audit şirkətinin yoxlamalarından uğurla keçmişik. Bu, şəbəkəmizin hansı inkişaf səviyyəsində olduğunu və hansı istiqamətdə inkişaf etməli olduğunu anlamaq üçün gərəklidir. Olduqca tələbkar və keyfiyyət məsələlərində güzəştə getməyən təşkilatdan müsbət rəy almaq çox sevindirici idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub