Azərbaycan təmsilçiləri İspaniyada şahmat festivalında məğlubiyyətsiz irəliləyirlər
Bakı, 17 dekabr, AZƏRTAC
İspaniyanın Sitjes şəhərində şahmat festivalında Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçılarından Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı növbəti - 4-cü turda heç-heçə ediblər. Şahmatçılarımızın aktivində 3 qələbə, 1 heç-heçə var. Təmsilçilərimiz 3,5 xalla 4-22-ci yerləri bölüşürlər.
Digər təmsilçilərimizdən Ülviyyə Fətəliyeva 2,5, Amil Abbasov 2, Babək Cəfərli 1,5, Niyazi Cəfərov və İlyas Qarayev 1 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir ki, onlardan da 55-i qrossmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]