Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkiyə-Rusiya-İran əməkdaşlığı: reallıqlar və üzdəniraq ekspertlərin qərəzli yazıları

Azərbaycan-Türkiyə-Rusiya-İran əməkdaşlığı: reallıqlar və üzdəniraq ekspertlərin qərəzli yazıları

Suriyanın İdlib bölgəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar geosiyasi proseslərin sürəti daha da artıb. Tehranda Türkiyə, İran və Rusiya dövlət başçılarının görüşünə bu baxımdan böyük önəm verilirdi. Orada qəbul edilən qərarların regiondakı proseslərə ciddi təsir edəcəyi proqnozlaşdırılırdı. Eyni zamanda, məlum oldu ki, bir sıra qərəzli dairələr ortaya çıxa biləcək hər hansı fikir ayrılığını şişirtməyi gözləyirlərmiş. Onların üzdəniraq ekspertləri "analitik yazılarında" "yeni fikirlər" adı altında öz mənfur niyyətlərini ifadə etməyə girişiblər. Burada əsas hədəf kimi Azərbaycan və Türkiyə götürülüb. Ankara və Bakının müstəqil xarici siyasət yeritmək iqtidarında olmadığı barədə gizli tezis üzərində müxtəlif ssenarilər qururlar. O cümlədən Türkiyənin gah bu, gah da digər geosiyasi düşərgəyə reverans etdiyini iddia edirlər. Əslində isə müəyyən dairələr Ankara və Bakının qürurlu geosiyasi-hərbi duruşundan narahatdırlar. Bu vəziyyətin geosiyasi aspektləri üzərində geniş dayanmaq istərdik.

Tehran görüşü və İdlib məsələsi: böyük güclərin maraqları və mübarizəsi

Türkiyə, Rusiya və İran Prezidentlərinin Tehranda görüşündən sonra bir sıra KİV orqanları çox "fəallaşıblar". Onlar demək olar ki, bütün güclərini Türkiyəni aşağılamağa və onun fonunda Azərbaycanın çoxvektorlu xarici siyasətini təhrif etməyə çalışırlar. Bu işdə daha çox Ermənistan KİV-ləri və ermənilərə Rusiyada yaxın olan bəzi mətbu orqanlar canfəşanlıq göstərirlər. Təəssüf ki, Azərbaycanda da bir sıra rusdilli nəşrlər bu tələyə düşüb, reallığı əks etdirməyən və qərəzli, birtərəfli qələmə alınan cızma-qaraları təkrar dərc edirlər. Məsələn, erməni lobbisinin bədnam əlaltısı Stanislav Tarasovun liderlərin Tehran görüşündən sonra Türkiyənin İdlib siyasəti fonunda Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətləri ilə bağlı sərsəmliklə dolu "məqaləsini" "yeni fikir" kimi təqdim edən nəşr tapılıb.

Əslində isə düşmən dairələrin fəallaşmasının konkret səbəbləri vardır. Birincisi, geniş səviyyədə Türkiyə qlobal geosiyasi proseslərdə öz sözü olan dövlətə çevrilib. O cümlədən Ankara Suriyada söz sahibidir. Onun Moskva və Tehranla əməkdaşlığı kimlərəsə sığınmaq taktikası deyil, milli maraqlara uyğun nəticələr əldə etməkdir. Bunun üçün Türkiyə hər bir konstruktiv təklifə açıqdır. Bu barədə Rusiyanın Türkiyədəki səfiri açıq və konkret fikir bildirib. Təcrübəli diplomat ifadə edib ki, Türkiyə ciddi geosiyasi maraqları olan böyük dövlətdir və onun istədikləri ilə Rusiyanın istədikləri hansısa məqamda uyğun gəlməyə bilər. Çıxış yolu müzakirə vasitəsilə ortaq mövqeyə gəlməkdən ibarətdir.

Bizcə, dəqiq, obyektiv və konstruktiv ruhda söylənən fikirdir. Rusiya və Türkiyə prezidentləri də ifadə etdikləri fikirlərdə məhz bu cür mövqe ortaya qoyurlar. İkincisi, Azərbaycan-Türkiyə münasibətləri Bakının xarici siyasətdə əldə etdiyi uğurların fonunda daha da inkişaf edir. Azərbaycan rəhbərliyi müstəqil və çoxvektorlu siyasəti ilə prioritet hesab etdiyi bütün istiqamətlərdə böyük nailiyyətlər əldə edir. Rusiya, Mərkəzi Asiya, Gürcüstan, türk dövlətləri, Avropa, ABŞ, müsəlman ölkələri, Çin və digər istiqamətlər üzrə Azərbaycan rəhbərliyinin atdığı səmərəli addımlar hər kəsə məlumdur. Bir sıra dost olmayan dairələri də daha çox məhz bu məqam narahat edir.

Onlar çalışırlar ki, Azərbaycanla yaxından əməkdaşlıq edən ölkələri bir-birinə qarşı qoysunlar. Bunun üçün isə özlərindən müəyyən ssenarilər uydururlar. İlk növbədə, Türkiyəyə qarşı qarayaxma kampaniyasına əl atırlar. Son hadisələr buna nümunədir. Eyni zamanda, antitürkiyə ovqatının yüksəlməsi R.T.Ərdoğanın sentyabrın 15-də Bakıya gəlişi haqqında informasiya yayılandan sonra pik nöqtəsinə çatdı. Səbəbi, bizcə, hər kəsə aydındır. Məsələ belədir ki, bu il Azərbaycan və Türkiyə güclü həmrəylik nümayiş etdirən tədbirlər həyata keçirirlər. Azərbaycan Cümhuriyyətinin və Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə möhtəşəm tədbirlər dostları sevindirdi. Azərbaycan qırıcıları ilə bərabər türk şahinləri Bakı səmasında gözəl uçuşlar keçirdi. Türk şahinlərinin bundan əvvəl hansı hadisədən sonra eyni uçuşlar keçirdiyini yəqin ki, dost olmayanlar da xatırlayırlar.

İndi, sentyabrın 15-i Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyidir. Və yüz il əvvəl qazanılmış bu tarixi zəfərə həsr edilmiş tədbirdə Türkiyə Prezidenti və türk əsgəri də iştirak edir! Bu, həmrəyliyin, qardaşlığın, haqq işini müdafiənin gözəl nümayişidir və qərəzli dairələr məhz bunu götürmürlər!

Müstəqil mövqe: yüksələn Azərbaycan və Türkiyənin geosiyasi cəlbediciliyi

Bu səbəbdəndir ki, Stanislav Tarasov qəbildən üzdəniraq ekspertlər "Regnum" kimi qərəzli KİV orqanlarında yazırlar ki, Azərbaycan Türkiyədən uzaqlaşıb, Rusiya-İran tandeminə yaxınlaşmağa çalışır. Həqiqətdə isə Azərbaycan Türkiyə ilə nə qədər yaxınlaşsa da, balansı gözləyir. Eyni zamanda, Bakı tarixi unuda bilməz. Ona laqeyd qala bilməz. 100 il bundan əvvəl türk əsgərləri canları bahasına Bakını işğaldan azad etməkdə Azərbaycan Milli Ordusuna ciddi yardım edibsə, bunu niyə unutmalı və ya qeyd etməməliyik? Biz hansı dövlətin bu kimi tədbirlərinə qısqanclıqla yanaşırıq?

Məsələ ondan ibarətdir ki, Azərbaycan məhz müstəqil xarici siyasət yeridir, milli maraqlarına uyğun addımlar atır. Onun Türkiyə ilə münasibətlərinə də heç kimsə qarışa bilməz. Elə Rusiya ilə əlaqələrin yüksək səviyyədə olması Bakının müstəqil siyasəti ilə birbaşa bağlıdır. Azərbaycan Prezidenti Soçiyə səfər etdi, bu ayın sonunda Vladimir Putin Bakıya gəlməlidir. Bunlar çox gözəldir, çünki Azərbaycanın çoxvektorlu siyasətinin bəhrələridir. Ermənistan bu kimi nailiyyətlər əldə edə bilmir. Çünki forpostdur, kənardan idarə olunur, yalnız formal müstəqilliyə malikdir, öz dövlətçiliyini necə qorumağın və inkişaf etdirməyin geosiyasi meyarlarını müəyyənləşdirə bilmir. Gücü bədnam ekspertlər vasitəsilə Azərbaycan və Türkiyəni şər-böhtan kampaniyası ilə hədəfə almağa çatır.

Üçüncüsü, bəzi dairələr Qərbin böyük dövlətləri ilə Türkiyənin arasını vurmağa cəhdlər edirlər. Onlar əsasən ABŞ-la Türkiyə arasında yaranmış soyuqluqdan faydalanmağa çalışırlar. Anlamırlar ki, böyük dövlətlər arasında fikir ayrılığı ola bilər, lakin qlobal miqyasda onlar hər şeyə rasional yanaşmağı bacarırlar. Diqqət edin, indi Türkiyə ilə Fransa, Almaniya, Rusiya, İran və Çin kimi dövlətlər dil tapmağa çalışırlar. Ankara vurnuxmur, geosiyasi cəlbediciliyi artır. Bunun arxasında da Türkiyənin böyük hərbi, siyasi, diplomatik, iqtisadi və mədəni gücü dayanır. Nə yazıq ki, bunu Azərbaycan nəşrlərində də ya görmək istəməyən, ya da görməyi bacarmayanlar tapılır və onlar qərəzli dairələrin dəyirmanına su tökürlər.

Bütün bunlar nəyi ifadə edir? Hər şeydən öncə, aydındır ki, Cənubi Qafqazda ciddi geosiyasi dəyişikliklər getdikcə daha geniş miqyas alır və yeni məzmun çalarları kəsb edir. Bu prosesdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı birmənalı olaraq uduşlu vəziyyətdədir. Bunun başlıca səbəbi isə bu iki türk dövlətinin həqiqi mənada sülh, barış, əməkdaşlıq üçün çalışmalarıdır. Azərbaycanın yeganə tələbi işğal edilmiş torpaqlarından təcavüzkarın çəkilməsindən ibarətdir ki, bu da tarixi, hüquqi, mənəvi, əxlaqi və digər baxımdan tamamilə haqlı tələbdir. Türkiyə də bu tələbi müdafiə etdiyindən ona qarşı hansısa iradı bildirmək olmaz.

Yuxarıda vurğulanan proseslərin başqa aspekti Ermənistanın hazırda çox dolaşıq geosiyasi duruma düşməsi ilə bağlıdır. Bu gedişat İrəvanı hətta ən yaxın müttəfiqi və havadarı olan Rusiyadan uzaqlaşdırır. Nəticədə, rəsmi İrəvan öz səhvini düzəltmək əvəzinə Azərbaycan və Türkiyəni qaralamağa çalışır ki, bu da yel dəyirmanı ilə savaşa bənzəyir.

Digər məqam Rusiya-Türkiyə-İran-Azərbaycan "dördbucağı"nda son zamanlar müşahidə edilən faydalı geosiyasi aktivliklə bağlıdır. Burada söhbət kiminsə diktəsindən və ya başqasını öz təsiri altına salmaq cəhdindən getmir. Əksinə, yeni geosiyasi reallığa uyğun olaraq faydalı əməkdaşlığın çox maraqlı modeli yaranır. Azərbaycana Rəcəb Tayyib Ərdoğan da, Vladimir Putin də, Həsən Ruhani də səfər edə bilər və edirlər. Hər üçü də qarşılıqlı fayda verən müzakirələr aparır, ölkələr arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəldirlər. Buna görə də V.Putinin səfərini R.T.Ərdoğanın səfərinə qarşı qoymaq tamamilə qərəzlilik və səfehlikdir. Bu barədə yazan adamın özünü ekspert adlandırması da ancaq gülüş doğura bilər!

Azərbaycandakı bəzi jurnalistlərin də anlamasında fayda vardır: Azərbaycan müstəqil xarici siyasət yeridir, onun kimsəyə, o cümlədən Rusiya və ya Türkiyəyə sığınmaq fikri yoxdur! Kimsə hansısa hərbi blokdan (NATO və ya KTMT) Azərbaycanın xilaskarı obrazı yaratmağa cəhd etməsin! İşğal edilmiş torpaqları yalnız Azərbaycan rəhbərliyi, xalqı və ordusu xilas edə bilər! Əməkdaşlıqda isə... hər bir konstruktiv təklifə Bakı açıqdır. Ancaq bu, kiminsə bizə böyük qardaşlıq edə biləcəyi anlamına gəlməməlidir.

Beləliklə, Azərbaycan müstəqil dövlət olaraq dünyada öz nüfuzunu durmadan artırır. Artıq dünyanın və regionun böyük dövlətlərinin başçıları Bakıya danışıqlara gəlir, əməkdaşlıq haqqında ismarıclar verirlər. Təbii ki, bu, bizi qürurlandırır. Eyni zamanda, xarici siyasətimizin nə dərəcədə səmərəli aparıldığını göstərir. Azərbaycan ekspertləri, mütəxəssislər və jurnalistlər hadisələrə məhz bu prizmadan yanaşmalıdırlar ki, hansısa faydalı nəticələr əldə olunsun. Azərbaycanlılar başqasının ağzına baxanları sevmirlər!

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub