Azərbaycan Universitetində “Xocalıya ədalət!” mövzusunda anma tədbiri
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Universitetində “Xocalıya ədalət!” mövzusunda anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan tədbirdə əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov ermənilərin Azərbaycanda törətdikləri bu soyqırımının bəşəriyyətə və insanlığa qarşı ən ağır cinayət olduğunu söyləyib.
Rektor Xocalı və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq aləmdə yayılması istiqamətində görülən işlərdən də söz açıb.
Digər çıxış edənlər də tarixi sənədlərə əsasən soyqırımı ilə bağlı faktları diqqətə çatdırıb. Bildirilib ki, Xocalı şəhidləri xalqımızın Vətənə, torpağa, dövlətçiliyə sadiqliyinin ən bariz nümunəsidir. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizədə şəhid olan xocalılıları yad etmək hər birimizin mənəvi borcudur.
Tədbirdə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışılıb, bu istiqamətdə sosial şəbəkələrdə gənclərin fəallıq göstərməsi tövsiyə olunub.
Sonda tələbələrin ifasında Xocalı faciəsinə həsr olunan şeir və mahnılar səsləndirilib, “Xocalıya ədalət!” adlı videoçarx nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]