Azərbaycan və ABŞ arasında seysmoloji sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 1 mart, AZƏRTAC
ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica Bakıya səfər edib. Səfəri çərçivəsində qonaq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olub.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ogie Kuraica RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb. Görüşdə iki ölkənin seysmoloji təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
"Kinemetriks" şirkətinin RSXM-lə yaxından əməkdaşlıq etdiyini bildirən O.Kuraica amerikalı seysmoloqların azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Mərkəzin baş direktoru Q.Yetirmişli isə "Kinemetriks"lə əməkdaşlığın genişlənməsinin RSXM üçün vacib olduğunu qeyd edib.
Görüşdə AMEA nəzdində RSXM-nin Monitorinq Mərkəzində qeydə alınan zəlzələlərin ən müasir tətbiqi proqramlar vasitəsilə emal edildiyi də qonağın diqqətinə çatdırılıb. Həmçinin gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr də aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]