AZƏRBAYCAN VƏ BOLQARISTAN ARASINDA GƏNCLƏR VƏ İDMANSAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Bolqarıstanın Gənclər və İdman İşləri üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair saziş imzalanmışdır.
Sazişi gənclər və idman naziri Azad Rəhimov və Bolqarıstanın gənclər və idman işləri üzrə dövlət agentliyinin rəhbəri Vesela Leçeva imzalamışlar.
İmzalanma mərasimində nazir Azad Rəhimov demişdir ki, bu saziş ölkələr arasında təcrübə mübadiləsinin aparılmasını, gənclər və idman sahəsində sıx əməkdaşlığı nəzərdə tutur.
Vesela Leçeva isə Azərbaycana səfərinin səmərəli keçdiyini, qarşılıqlı əməkdaşlığın yeni mərhələyə çıxacağına ümidvar olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]