Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ dövlət katibi ilə üçtərəfli görüşü başlayıb
Bakı, 8 noyabr, AZƏRTAC
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə axşamı Azərbaycan XİN-in tviter paylaşımında deyilir.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşü başlayıb”, - deyə paylaşımda bildirilir.