Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Bakı, 2 may (AZƏRTAC). Mayın 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Dalya Qribauskayte mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

-Hörmətli xanım Prezident.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Əminəm ki, səfəriniz uğurlu olacaqdır. İkitərəfli münasibətlərimizə aid müxtəlif aspektlər, o cümlədən regional məsələlər ətrafında çox maraqlı müzakirələr oldu. Əminəm ki, bu müzakirələr regionda baş verən hadisələri, çağırışları və problemləri daha yaxşı anlamağa və irəliyə doğru hansı yolla gedəcəyimizi təsəvvür etməyə imkan yaradacaqdır. İkitərəfli münasibətlərə gəldikdə, bildirmək istəyirəm ki, onlar əladır. Bizim çox fəal siyasi dialoqumuz vardır. Beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edirik. Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir. Əminəm ki, xanım Prezidentin səfəri ölkələrimiz arasında siyasi münasibətləri daha da möhkəmləndirəcəkdir. Zənnimcə, iqtisadi sahədə əlaqələrimizin, xüsusən də işgüzar dairələr arasında birbaşa təmasların inkişafı üçün yaxşı potensial vardır. Bilirəm ki, hazırda qarşılıqlı maraq artmaqdadır. Biznes dairələrimiz tərəfindən Litvada müxtəlif sərmayə imkanları qiymətləndirilir. Hesab edirəm ki, gələcəyə nəzər salaraq iqtisadi əlaqələrimizin genişləndirilməsi üzərində düşünməliyik. Çünki iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, bir-birini tamamlayır. Buna görə əminəm ki, yaxşı siyasi münasibətlərimiz biznes dairələrimizə daha fəal olmaq üçün bir işarə olacaqdır.

Nəqliyyat sektorunda yaxşı imkanlar vardır. Azərbaycan müxtəlif daşıma layihələrini həyata keçirməkdədir. Bu layihələr yeni infrastrukturu, quru, dəmir və hava yollarını yaradacaqdır. Həmçinin Xəzər dənizi vasitəsilə nəqliyyat məsələləri də bu halda nəzərdə tutulur. Bu, Baltik, Qara və Xəzər dənizləri regionları arasında nəqliyyat əməkdaşlığının bir hissəsi ola bilər. Bu, ölkələrimizin öz regionlarında olduqca mühüm rol oynadığı regional əməkdaşlıq siyasətini gücləndirəcəkdir.

Bu gün biz, həmçinin enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Bildiyiniz kimi, Azərbaycan bu baxımdan daha fəal rol oynayır. Cari ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıq. Bu, irəliyə doğru atılan mühüm bir addım oldu. Bu, həmin sahədə daha geniş əməkdaşlığın qurulmasına əsas yaradacaqdır.

Azərbaycanın nəhəng neft və qaz ehtiyatları vardır. Ölkəmiz artıq mövcud daşıma infrastrukturuna və karbohidrogenlərimizi müxtəlif istiqamətlərə nəql edən çox sayda boru kəmərinə malikdir. Bu sahədə Avropa ilə Azərbaycan arasında mövcud əməkdaşlıq qarşılıqlı faydaya əsaslanır. Əminəm ki, gələn illər ərzində bunun daha yaxşı nəticələrini görəcəyik. Əlbəttə ki, enerji sahəsində əlaqələr Avropa İttifaqı ilə əməkdaşlığımızın mühüm bir hissəsidir. Biz Azərbaycanın iştirak etdiyi “Şərq tərəfdaşlığı” Proqramına verdiyi dəstəyə görə Litvaya minnətdarıq.

Təbii ki, bu gün biz regional təhlükəsizlik məsələlərini də müzakirə etdik. Bu məsələ, həmçinin ikitərəfli gündəliyimizin bir hissəsidir. Eyni zamanda, Litva hazırda ATƏT-ə sədrlik edən ölkədir. Münaqişənin həlli müzakirələrimizin bir hissəsi oldu. Uzun illərdir ki, Azərbaycan ilə Ermənistan arasındakı münaqişə həll olunmayıb. Minsk qrupu demək olar ki, 20 ildir fəaliyyət göstərir. Lakin indiyə qədər praktiki nəticələr yoxdur. Bu yaxınlarda ATƏT-in sahə qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş və hesabat hazırlamışdır. Həmin hesabatda aydın şəkildə deyilir ki, işğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılıb, qeyri-qanuni məskunlaşdırma faktları vardır. Rayonların tarixi adlarını, inzibati sərhədlərini dəyişmək cəhdləri və Ermənistanın işğalçı siyasəti ilə bağlı bir çox digər sübutlar vardır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati hüdudlarından kənarda yerləşən 7 rayonu da işğal altındadır. Biz etnik təmizləmə siyasətindən əziyyət çəkirik. Bir milyon azərbaycanlı öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Əlbəttə ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir.

Mən xanım Prezidenti danışıqların hazırkı statusu, müzakirə olunan məsələlər barədə məlumatlandırdım. Ümidvarıq ki, Ermənistan ATƏT-in Minsk qrupunun təkliflərinə konstruktiv yanaşma nümayiş etdirməklə irəliyə doğru addım atacaq və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa başlayacaqdır. Bundan sonra bölgədə sülh bərqərar ola bilər. Ermənistan ilə Azərbaycan arasındakı münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhdiddir. Bu münaqişənin beynəlxalq hüquq əsasında tezliklə həlli bütün tərəflərin marağındadır.

Mən, xanım Prezidentə dəvəti qəbul edib bu gün ölkəmizə səfər etdiyinə görə bir daha minnətdarlığımı bildirirəm. Ümidvaram ki, səfəriniz uğurlu olacaq və səfərinizdən məmnun qalacaqsınız.

Sağ olun.

X X X

Litva Prezidenti Dalya QRİBAUSKAYTE çıxış edərək dedi:

-Çox sağ olun. Əlbəttə, səfərimin ilk dəqiqələrindən artıq deyə bilərəm ki, səfərimdən çox razıyam. Çünki Prezidentlə onun qeyd etdiyi bütün məsələlər, ikitərəfli münasibətlərə, eləcə də Azərbaycan ilə Avropa arasında əlaqələrə aid məsələlər ətrafında, o cümlədən hamımızın üzləşdiyi problemlərin ATƏT çərçivəsində çözülməsinə dair çox səmimi söhbətimiz oldu. Qeyd olunan problemlərin həlli və əməkdaşlıq edəcəyimiz bütün sahələr nəinki ölkəniz, o cümlədən Avropa və ATƏT, bütövlükdə isə bütün dünya üçün vacibdir.

Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə gəldikdə, iqtisadi əlaqələrimizin təkmilləşməsindən çox razıyıq. Biznes dairələrimiz hər iki tərəfdən əməkdaşlıq imkanlarını araşdırıb, müəyyən ediblər. Səfirliklərimiz ölkələrimizdə müvafiq qaydada işləyirlər. Sizin səfiriniz bizim ölkədə, bizim səfirimiz isə sizin ölkədə fəal çalışırlar. Mən onları təbrik etmək istəyirəm. Onlar çox yaxşı iş görürlər. İşgüzar dairələrimiz hər iki ölkədə iş aparmaq imkanlarından çox məmnundurlar. Onların bizneslə məşğul olmaları üçün yaxşı şansları vardır.

Dalya Qribauskayte Litvanın Avropa İttifaqına üzvlük sahəsində apardığı danışıqlardan əldə etdiyi təcrübəni Azərbaycan ilə bölüşməyə hazır olduğunu dedi. Azərbaycanda korrupsiyaya qarşı mübarizə proqramının həyata keçirilməsini müsbət qiymətləndirən Litva dövlətinin başçısı bu məsələnin, həmçinin onun ölkəsində gündəlikdə durduğunu bildirərək dedi:

-Müəyyən müsbət addımlar vardır. Biz bunu, xüsusən də, yeni qəbul etdiyiniz korrupsiyaya qarşı proqramın həyata keçirilməsində görürük. Bu məsələ, həmçinin şəxsən mənim və ölkəmin gündəliyində duran məsələdir. Bu problem bu və ya digər dərəcədə hər bir ölkədə vardır. Sizin ölkənizdə Prezidentiniz tərəfindən bu proqramın başlanması çox yaxşı işarədir.

Litva Prezidenti Azərbaycanın, eyni zamanda, Avropa üçün önəmli bir ölkə olduğunu xüsusi qeyd edərək dedi:

-Təbii qaz və digər enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsində ölkəniz Avropa üçün böyük əhəmiyyət kəsb edir. Bu münasibətlərin böyük gələcəyi vardır. Mən sadəcə olaraq arzulayaram ki, ölkəniz bundan tam istifadə etsin və bu məsələlər Avropa İttifaqının istənilən üzv ölkəsi ilə əlaqələrin daha da yaxşı olmasına töhfə versin.

Ölkəmizin ən ağrılı probleminə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Dalya Qribauskayte problemin yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirərək dedi:

-Bu cür münaqişələr hər bir ölkəyə böyük itkilər verir. Mənəvi dəyərlərə, münasibətlərə, iqtisadiyyata çox pis təsir göstərir. Bu çətinlikləri aradan qaldırmaq olduqca mürəkkəbdir. Bunun üçün sizə səbir, açıq yanaşma və əlbəttə ki, sülhsevər münasibət lazımdır. Avropa və bütün dünya istəyir ki, münaqişələr dinc yolla həll edilsin. Bu məsələnin həllində Litva həm ATƏT-in, həm Avropa İttifaqının üzvü kimi, həm də ki, ikitərəfli formatda sizə bacardığı qədər kömək etməyə hazırdır.

Litva prezidenti Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkəmizdə irimiqyaslı layihələrin icra olunduğunu xüsusi vurğulayaraq bildirdi:

-Buraya gələrkən tikilən və bərpa olunan bir çox binaları gördük. Böyük infrastruktur obyektləri tikilmək üzrədir. Bu çox yaxşı göstəricidir və biz çox şadıq ki, ölkəniz sürətlə inkişaf edir.

Təhsil sahəsində gələcək əməkdaşlığa da toxunan Litva dövlətinin başçısı bu istiqamətdə bir sıra layihələri reallaşdırmağa hazır olduqlarını dedi.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur?

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK VİDEO

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb  YENİLƏNİB  VİDEO

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB VİDEO

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik