Azərbaycan və Pakistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib
Bakı, 20 may, AZƏRTAC
Pakistan İslam Respublikasının iqlim dəyişikliyi və ətraf mühitin əlaqələndirilməsi məsələləri üzrə federal naziri Musadik Masud Malik ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq imkanları və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycanın iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb, tədbirə hazırlıq prosesi müzakirə edilib.