Azərbaycan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
XİN-dən AZƏRTAC-a verilən məlumata görə, nazirlər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Bölgədə gərginliyin artmasından narahatlıq ifadə olunaraq, vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyi qeyd edilib.
Bu çərçivədə region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin, habelə qonşu ölkələrin hədəfə alınmamasının zəruriliyi vurğulanıb.
Telefon danışığı zamanı regional və beynəlxalq gündəliyin digər aktual məsələləri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Bununla yanaşı, nazirlər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:46]
Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [12:01]
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
- 27.09.2026 [11:53]
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar
- 27.09.2026 [09:11]
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
- 27.09.2026 [09:00]