Azərbaycan və Tacikistan arasında investisiya qoyuluşunun təşviqi ilə bağlı müzakirələr aparılıb
Bakı, 5 aprel, AZƏRTAC
Düşənbə şəhərində keçirilən Tacikistan-Azərbaycan biznes-forumunda Azərbaycanın İqtisadiyyat Nazirliyinin rəsmi nümayəndə heyəti və sahibkarlarımız iştirak ediblər.
Tacikistan Respublikasının İnvestisiya üzrə Komitəsinin sədri Sadi Kodirzodanın rəhbərliyi ilə keçən forumda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Tacikistan Respublikası Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
ASK-dan AZƏRTAC-a verilən məlumata görə, sənədə əsasən, Azərbaycan ilə Tacikistan arasında investisiya qoyuluşunun, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi qurumlar tərəfindən təşviq ediləcək, hər iki ölkədə mövcud olan investisiya layihələri, təlimlər, biznes missiyalar, sərgilər və sair haqqında məlumatlar bölüşüləcək, biznes səfərlər təşkil ediləcək, qarşılıqlı maraq doğuran layihələr birgə işləniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]