AZƏRBAYCAN VƏ TÜRKİYƏ İQTİSADİ ƏLAQƏLƏRİDAHA DA İNKİŞAF EDƏCƏKDİR
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının iyunun 28-də keçirilmiş iclasında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanmış uzunmüddətli iqtisadi və ticarət, sənaye mülkiyyətinin mühafizəsi, eləcə də gömrük sahələrində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlər, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Poçt rabitəsi haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirə olunmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, müzakirələr zamanı qeyd edilmişdir ki, Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında bu ilin aprel ayında qardaş respublikada imzalanmış sazişlər ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişafına, qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsinə səbəb olacaqdır. Layihələrə münasibət bildirildikdən sonra sənədlərin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]