Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May - Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.
Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [08:03]
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
- 14.07.2026 [18:29]
Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
- 13.07.2026 [16:46]