“AZƏRBAYCAN XALÇASI HAQQINDA” QANUN LAYİHƏSİMİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Azərbaycan xalçası haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, bu qanunu hazırlamaqda məqsəd Azərbaycanın xalça sənəti nümunələrini qoruyub saxlamaq, inkişaf etdirmək, bu sahədə çalışanların sosial hüquqlarının müdafiəsini təmin etmək, eləcə də, mənfur qonşularımızın milli sənət əsərlərimizi özününküləşdirib satmasının qarşısını almaqdır.
Müzakirələr zamanı, deputatlardan Nizami Cəfərov, Rüfət Ağalarov, Vaqif Vəkilov, Azərbaycan Dövlət xalça və xalq tətbiqi sənəti muzeyinin direktoru Röya Tağıyeva sənədlə bağlı təkliflərini bildirmişlər.
Sonda təkliflər nəzərə alınmaqla layihənin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]