“Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı metodik vəsaitin təqdimatı keçirilib
Bakı, 26 yanvar , AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı, filialların iştirakı ilə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı metodik vəsaitin təqdimatı və kitabxana işi sahəsində yeniliklərin öyrənilməsi məqsədilə seminar keçirilib.
İdarədən AZRTAC-a bildirilib ki, seminarda “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı metodik vəsaitlə filial müdirləri, tədbir iştirakçıları tanış olduqdan sonra görüləcək işlər, iş prinsipləri barədə də ətraflı məlumat verilib.
Sonda iş prosesində aşkar olunan nöqsanlar və onların aradan qaldırılması, veb-sayta məlumatların yerləşdirilməsi kimi məsələlərə aydınlıq gətirilib.