Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyəti dövründə vergi siyasəti

Azərbaycan Xalq Cümhuriyyəti dövründə vergi siyasəti

Cümhuriyyət hökuməti mövcud maliyyə resurslarından düzgün istifadə edilməsi istiqamətində fəal iş aparırdı

Bakı, 30 aprel, AZƏRTAC

1918-ci ilin may ayında Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də iqtisadi müstəqilliyin təmin olunması və müstəqil maliyyə-fiskal vergi sisteminin qurulması idi. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi AZƏRTAC-ın sifarişi ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yürüdülən vergi siyasətini şərh edib.

Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində dövlətin iqtisadi siyasətini həyata keçirəcək nazirlik və müvafiq qurumlar təsis olunmuşdu, dövlətin iqtisadi tənzimləmə fəaliyyətini təmin etmək və gücləndirmək üçün büdcə-fiskal siyasətinin istiqamətləri müəyyənləşdirilmişdi.

Mütəxəssislər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin həyata keçirmək istədiyi maliyyə-vergi siyasətini şərti olaraq iki hissəyə bölürlər:

1. Cari dövr üçün maliyyə-fiskal siyasət. Bu dövrdə Azərbaycan Xalq Cümhuriyyəti özünün mövcud maliyyə resurslarından tam və düzgün istifadə etmək siyasəti yürüdüb.

2. Cümhuriyyətin öz imkanlarını müəyyən etdikdən sonra həyata keçirdiyi maliyyə-vergi siyasəti. Bu siyasətin əsas prioritetləri isə vergilərin artırılması deyil, tədiyə qabiliyyətinin yüksəldilməsi yolu ilə vergilərin tədricən azaldılmasına üstünlük verilməsi idi.

Nazirlər Kabineti müstəqil büdcə quruculuğuna və vergi işinin təşkilinə mühüm yer ayırırdı. 1918-ci ilin sonlarında Azərbaycanda müstəqil dövlətin büdcə quruculuğu təcrübəsinin əsası qoyuldu. Vergi siyasətini həyata keçirmək məqsədilə parlamentin 1919-cu il iyunun 17-də qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyi təsis olundu. Yeni quruma vergi müvəkkillərinin və vergi məntəqələrinin fəaliyyətini nəzarətdə saxlamaq və təftiş etmək səlahiyyətləri verildi. Həmin dövrdə vergi polisinin yaradılması nəzərdə tutulsa da, hökumət bu qurumun təsis olunmasını məqsədəuyğun hesab etməmişdi.

Vergi Müfəttişliyinin yaradılması və fəaliyyətə başlaması ilə vergi orqanlarının mərkəzi və yerli şəbəkəsi formalaşdırıldı. Cümhuriyyətin vergi siyasəti ilə bağlı mühüm addımlarından biri həmin dövr üçün xüsusi aktuallıq kəsb edən aksiz vergilərinin toplanmasını təmin etmək idi. Bu məqsədlə aksiz idarələri yaradılmışdı. İdarələr Bakı, Gəncə, Zaqatala quberniyaları daxil olmaqla mərkəzləşdirildi, qəza rəislərinin vergi yığmaq funksiyası ləğv olundu. Vergi Müfəttişliyi ilə bərabər, şəhər özünüidarəetmə orqanları da bəzi vergilərin toplanmasına kömək edirdi. Hökumətin vergi növləri aşağıdakı tədiyələr üzrə müəyyənləşdirilmişdi:

- Müstəqim (birbaşa vergilər) - torpaq, daşınmaz əmlak, sənaye, kapital qoyuluşu, hərbi mükəlləfiyyət, notarial və dövlət gəlir vergiləri;

- Qeyri-müstəqim (dolayı vergilər) - tütün, papiros kağızları, şəkər, çay, ağ neft, benzin, kerosin, sürtkü yağlarından və digər neft məhsullarından tutulan vergi, gömrük rüsumu və gəlirləri;

- Möhür haqqı - məhkəmə, kargüzarlıq, sənəd yazışmalarından gəlirlər;

- Hökumət inhisarlarına aid vergilər - mədən gəliri, poçt gəliri, teleqraf gəliri, meşələrdən, balıq vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gəlirlər;

- Dövlət dəmir yolundan - yük daşınmasından gələn gəlirlər.

Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin ilk illərində ölkənin maliyyə vəziyyəti qənaətbəxş deyildi. Xəzinənin əsas gəlir mənbəyi olan neft sənayesində durğunluq yaranmış, Batumi limanı ilə xaricə ixracın həcmi xeyli azalmışdı. Əsas alıcı ölkə olan Rusiya ilə münasibətlərin gərginləşməsi neft sənayesini ağır vəziyyətə salmışdı. Xəzinənin əsas mənbəyi olan qeyri-neft sahələrinin inkişafı da zəif idi. Ölkənin ixracının əsasını təşkil edən neft sənayesi dağılmış, ağırlıq ərzaq - əmtəə məhsullarının üzərinə keçmişdi.

Parlamentdə və hökumət strukturlarında neft sənayesinin aksiz vergisinə cəlb edilməsi, yaxud dövlət inhisarına verilməsi məsələsi ətrafında geniş müzakirələr aparılırdı. Məqsəd Bakı neftindən xəzinəyə daha çox gəlir daxil olmasını təmin etmək idi. Geniş müzakirə və diskussiyalardan sonra liberal iqtisadiyyata üstünlük verilməsi, neft məhsullarının sərbəst satışı yolu ilə (aksizlərə cəlb edilməsi ilə) büdcəyə müəyyən məbləğin köçürülməsi məqsədəuyğun hesab olundu. Bununla əlaqədar aksiz rüsumları haqqında nizamnamə qəbul edildi. Neft məhsulları aksizlərinin, gömrük rüsumlarının və dəmir yolu üzrə vergi dərəcələrinin artırılması qərara alındı. Nazirlər Kabineti tərəfindən 1918-ci il oktyabrın 1-də neft sənayesinin özəlləşdirilməsi barədə dekret imzalandı və bu qərar həmin sahədə vergi tənzimlənməsində müsbət rol oynadı.

1919-cu ilin ortalarında dövlət vergi siyasətinin formalaşmasında əsas rol oynayan ən mühüm qanun (“Kapital vergisinin ödəniş möhləti və tarif dərəcələrinin dəyişdirilməsi haqqında”) qəbul olundu ki, bu da ölkənin maliyyə-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edirdi. Qanun birbaşa vergilərin ödənilməsi üçün təyin olunmuş vaxtı və tarif dərəcələrini müəyyən edirdi. Həmin növ vergilər hər 100 manatdan 30 manat olmaqla, ilin başlanğıcında, fevralın 1-dən gec olmayaraq ödənilirdi. Digər vergilər müxtəlif rüblər üzrə, gəlir vergisi isə ilin sonunda, yəni gəlirin miqdarı məlum olandan sonra ödənilirdi.

Vergi Müfəttişliyi 1919-cu ilin büdcə zərfinin müzakirələri zamanı dövlət büdcəsinə daxil olan gəlir mənbələrini genişləndirmək məqsədilə əmtəə və xammalın istehsalını artırmaq, digər iqtisadi sahələri canlandırmaq təklifləri ilə hökumətə müraciət etdi. Hökumət gəlir mənbələrinin artırılması təşəbbüsünü yüksək dəyərləndirərək bank fəaliyyətini canlandırmaq və banklara etibarı artırmaq üçün fəaliyyət planı hazırladı. Məqsəd imkanlı şəxslərin əlində cəmləşmiş 100 milyonlarla rublun (həmin dövrdə əməliyyatlar Çar Rusiyasının ödəniş vasitəsilə tənzimlənirdi) milli iqtisadiyyata və ticarətə cəlb edilməsi idi.

Hökumətin həyata keçirdiyi siyasət nəticəsində 1919-cu ildə dövlət büdcəsinə ödənilən vergilərin həcmində əvvəlki illə müqayisədə artım qeydə alındı. Dolayı və neft mədənlərindən alınan vergilər büdcə gəlirlərinin 52,3 faizini təşkil edirdi. Balıqçılıq təsərrüfatından daxil olan vergilər isə ümumi vergi gəlirlərinin təxminən 30 faizinə bərabər idi. Gömrük daxilolmalarının vergilərdəki payı 15 faiz idi. Digər vergilərin ümumi payı isə 4-5 faiz təşkil edirdi.

Vergi siyasətində ən mühüm məqamlardan biri parlamentin 1919-cu il oktyabrın 2-də qəbul etdiyi qanuna əsasən, hərbi verginin ləğv edilməsi oldu. 1915-ci il aprelin 19-dan hərbi mükəlləfiyyətdən azad olunanlara tətbiq edilən verginin ləğvi hərbçilərdə yaranmış sosial narahatlığı aradan qaldırdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH