“Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans təşkil olunacaq
Bakı, 11 yanvar, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın İctimai Elmlər Bölməsinin və Elm Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: tarixi retrospektivlik və müasirlik” mövzusunda elmi konfrans keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən təşkil olunacaq.
Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini fevralın 8-dək Azərbaycan, rus və ya ingilis dillərində [email protected] elektron ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: (+994 12) 539-51-36;
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 115.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]