Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir

Bakı, 18 yanvar, AZƏRTAC

1990-cı ilin 20 yanvar günü Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olub. 20 Yanvar faciəsi insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya əksəriyyəti ermənilərdən ibarət olan qoşun yeritdilər. Hadisə nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirildi, 700-dən çox insan yaralandı, yüzlərlə adam itkin düşdü. Vəhşicəsinə öldürülənlər arasında 20-dən çox qadın və uşaq vardı.

AZƏRTAC xəbər verir ki, Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş silsilə tədbirlər təşkil olunur.

Yanvarın 18-də Şuşa Rayon İcra Hakimiyyətinin və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” idarə heyətinin sədri - icmanın rəhbəri Bayram Səfərov çıxışında ümummilli lider Heydər Əliyevin sovet imperiyasının bu vəhşiliyinə Moskvada öz etirazını bildirməsindən, onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi qiymətin verilməsindən danışıb. Bildirilib ki, Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarından keçmiş insanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verilib.

Bayram Səfərov deyib: “Biz Vətənimizin, xalqımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızla fəxr edirik. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaq. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinin problemlərinə daim böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, əlillərin sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər də yüksək qiymətləndirilir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qarabağ münaqişəsi, xalqımızın qanlı tarixi - 20 Yanvarla bağlı kitablar, bukletlər, albomlar nəşr olunub, filmlər çəkilib”.

Diqqətə çatdırılıb ki, Azərbaycan dövlətini və Prezidentini, hər bir vətəndaşımızı hazırda narahat edən ən vacib məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilib. İndiyədək Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqedən çıxış etməsi Qarabağ müharibəsinin sülh yolu ilə həllinə mane olur. Ancaq Prezident İlham Əliyev Qarabağ problemini sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə səy göstərir. Eyni zamanda, dövlətimizin başçısı Qarabağ münaqişəsi ilə bağlı keçirdiyi bütün görüşlərdə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edərək bildirib ki, ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Azərbaycan bütün vasitələrdən istifadə edərək torpaqlarını işğaldan azad edəcək. Bu, Azərbaycan dövlətinin, xalqının, Prezident İlham Əliyevin qəti və dəyişməz mövqeyidir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil.

Milli Məclisin deputatı Elman Məmmədov, 20 Yanvar əlili Asif İbrahimov çıxışlarında həmin gün xalqımıza qarşı törədilən ağır faciədən söz açıb, belə tədbirlərin yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində mühüm əhəmiyyətindən danışıblar.

Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Litva yığmasının Azərbaycan milli komandası ilə oyun üçün heyəti açıqlanıb

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

Lənkəranda ağır qəzada 2 nəfər həyatını itirib - YENİLƏNİB

Gələn il Azərbaycanda təhsil və səhiyyə sektoru üçün nəzərdə tutulan xərclərin miqdarı açıqlanıb

Livanın Baş naziri: Beyrut danışıqlardan istənilən nəticəni hələ əldə etməyib

Almaniya sənayedə süni intellekt həllərini strateji imkan kimi nəzərdən keçirir

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

Vüqar Camalzadə: Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələri bu gün də yaşadılır

2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz artım proqnozlaşdırılır

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Azərbaycanda zəlzələ baş verib

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində nadir miniatür Quran nümayiş olunur

İran Hörmüz boğazı yaxınlığında amerikalı heyəti daşıyan gəmini vurub

FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb

Ağdamda fermer təsərrüfatlarına baxış keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

“Reuters” süni intellekt dövründə müxbir korpusuna investisiyaları artırır

Manatın məzənnəsi gələn il də sabit qalacaq

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək

Növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri müəyyən edilib

Gələn il üçün inflyasiya proqnozu açıqlanıb

İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır

Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

Gələn il icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat proqnozlaşdırılıb

Hər 100 tələbədən 6-sı ADPU-da təhsil alır

2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

Şahbuzda aqrar sahənin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı fikir mübadiləsi aparılıb

“PAŞA Holdinq” Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb

COP31 sədri: Qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq əsas hədəfimizdir

Bu saata olan əsas xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib

Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

ICESCO-nun Baş direktoru: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir

Soltan Məmmədov: Diplomatik korpusun Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh gündəliyinə ziddir

Xurşidbanu Natəvan şeirləri: Sevgi, həsrət və kədər...

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq

“ƏSA” Teatrı yeni mövsümdə Hüseyn Cavidin “İblis” faciəsini musiqili janrda təqdim edəcək

Səməd Vurğunun qızı: İlk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb

Deputat: İkili standartlar işğalın uzadılmasına xidmət edirdi

Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb

“Neftçi” yubiley oyununa doğru - Bu komandaya flaqman adını elə-belə verməmişdilər

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir

Şəhərətrafı qatar reyslərinin sayı artırılır

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər

Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb

Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır

Dərs ilinin ilk günü Bakı metrosundan 605 mindən çox sərnişin istifadə edib

“Sumqayıt”ın əsas kapitanı bəlli olub

Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

“Milli Kosmik İnkubasiya” layihəsinin iştirakçısı olan startap ilk məhsulunu bazara çıxarıb

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib

Şərqşünaslıq İnstitutunda “Quran və ya Məhəmmədin qanunu” kitabının təqdimatı olub

Cəlilabadda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər müzakirə olunub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

Oksford Universitetinin tədqiqatçısı BDU-da mühazirə oxuyub

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 510 dəfə artıb – QRAFİK

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Orta əsr Azərbaycan keramikalarındakı simvollar və kitabələr araşdırılıb

AQTA: Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək

İlqar Vəlizadə: Azərbaycan regionun xəritəsində müstəsna əhəmiyyətli mövqeyə malikdir RƏY

Milli yaddaşın işığında sülhə doğru - ŞƏRH

Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək - ŞƏRH

Ermənistan ictimaiyyətinə sual: “Qərbi azərbaycanlılar niyə öz yurdlarında deyillər?” – Müsahibə

Binalarda Enerji Effektivliyi Altsisteminin ilkin versiyası layihəçilərlə müzakirə edilib

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olunub

Badamdarda yaşayış binasında partlayış olub, 1 nəfər xəsarət alıb

Pan-Afrika Parlamenti və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb

Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ermənistan sülh gündəliyinə xələl gətirə biləcək addımlardan uzaq durmalıdır ŞƏRH

Aİ üçün yeni təhlükəsizlik mexanizminin yaradılması təklif edilib

SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10 faizlik iştirak payının əldə olunması prosesi başa çatıb

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş Plenar iclasa tövsiyə edilib

AzMİU-nun proqramları QS 2027 reytinqlərində yüksək nəticələr göstərib

Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub

BDU-da tələbələrlə görüş: suveren Azərbaycan - qürurumuz, Zəfərimiz

Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib

Bakı regionun infrastruktur, enerji və logistika baxımından qarşılıqlı bağlantısını formalaşdırır ŞƏRH

“Azərkosmos” Niderlandda beynəlxalq sərgidə peykəsaslı həllərini nümayiş etdirib

Dəmir yolunun Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində olublar VİDEO

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində olublar VİDEO

“Neftçi” Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq

FHN-in karate komandası beynəlxalq turnirdə yüksək nəticələr əldə edib

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Eurosport”: Formula 1-də Bakı yeniliyi – Azərbaycan Qran-Prisi niyə ilk dəfə şənbə günü keçiriləcək?