Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqının qədim musiqi aləti olan balaban UNESCO-nun siyahısında

Azərbaycan xalqının qədim musiqi aləti olan balaban UNESCO-nun siyahısında

Səsi insan səsinə ən yaxın olan yeganə musiqi aləti

Bakı, 6 dekabr, AZƏRTAC

Bu gün Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 23-ə çatıb.

Azərbaycanın qədim nəfəs alətlərindən biri də balabandır. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. Bu alətin adı “bala” (kiçik), “ban” (xoruz səsi) sözləri ilə bağlıdır və “kiçik, erkən ban” mənasını verir. Yumşaq və həzin səsə malik balabandan ansambl və orkestrdə, həmçinin solo aləti kimi də istifadə edilir. Bəzən aşıqların ifası da balabanla müşayiət edilir.

Balaban ərik, qoz, tut və ya armud ağacından hazırlanır. Uzunluğu 28-30 santimetr olur və üzərində səkkiz dəlik açılır. Balabana qarğıdan hazırlanmış müştük taxılır və onun üzərinə keçirilmiş xamıt (qısqac) vasitəsilə alətin səsi nizamlanır.

Balaban bu gün Cənubi Qafqaz və Orta Asiyanın bir çox xalqları tərəfindən istifadə olunan nəfəsli musiqi alətidir. Balabanın tarixi çox qədimlərə dayanır. Azərbaycan ərazisində Mingəçevir qədim yaşayış məskənində tapılan, eramızdan əvvəl 1-ci əsrə aid sümükdən hazırlanmış nəfəsli musiqi aləti balabanın prototipi sayılır. Digər tədqiqatçıların araşdırmalarına görə isə balabanın 4-5 minillik yaşı var. Arxeoloqların Ucarın Bərgüşad kəndi yaxınlığında yerləşən Qaratəpə adlanan ərazidən tapdıqları gümüş üzüyün üzərində də göy rəngli qaşla balaban ifaçısının cizgiləri həkk olunub. Bu çalğı alətinin adına qədim oğuz abidəsi “Kitabi Dədə Qorqud” dastanında, klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.

XI əsrdə yaşamış Azərbaycan şairi Qətran Təbrizi divanının bir neçə yerində bu musiqi alətinin adını çəkib. Azərbaycanın dahi musiqişünası Ədbülqadir Marağalının əsərlərində də balabanın adına rast gəlinir. Bu cür mənbələr başqa heç bir xalqda yoxdur.

O dövrün balaban ustalarının adı, təəssüf ki, dövrümüzə gəlib-çıxmayıb. XVI əsrdə yaşamış Azərbaycanlı şair, tarixçi İsgəndər Münşi öz əsərlərində Ustad Əsəd, Ustad Hüseyn və Şahməmməd Surnayi kimi zurna ifaçılarının adını qeyd edir. Zurna çalanların ilkin öyrəndiyi alət isə balaban olurmuş. Deməli, onları həm də balaban ifaçıları saymaq olar. Balabanın Azərbaycanın milli musiqi aləti olmasına dair daha bir sübut isə rusiyali rəssam Qriqori Qaqarinin çəkdiyi rəsm əsəridir. Əsərdə XIX əsrin ortalarında Şamaxıda fəaliyyət göstərən Mahmud Ağanın məclisləri və balaban ustası Murad Mirzalıoğlu təsvir olunur. Çağdaş Azərbaycan zurna balaban məktəbinin yaradıcısı isə yastı balaban ustası Əli Kərimov olmuş, bu mahir zurna-balaban ifaçısı tarixdə Kalvalı Əli Dədə adı ilə iz qoymuşdur.

Balabanın fərdi ifaçılıq xüsusiyyətinə diqqət yetirən məşhur bəstəkarlarımız bundan istifadə ediblər. Üzeyir Hacıbəylinin “İkinci fantaziya”, Müslüm Maqomayevin “Azərbaycan çöllərində”, Hacı Xanməmmədovun “Simfoniyetta” və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılıb.

İnsanın daxili aləmini, onun həzin duyğularını - sevgisini, həsrətini, könül fəryadını balaban qədər məhrəm və mənalı ifadə edən ikinci musiqi aləti tapmaq çətindir. Onun səsindəki həzinlik, inilti insanın könül pıçıltıları, qəlb sızıltıları ilə eynidir. Qərb musiqişünasları “balaban səsi insan səsinə çox yaxın yeganə musiqi alətidir” deyiblər. Balaban insanın daxili dünyasındakı səsi, ahəng çalarlarını daha dəqiq ifadə edir, bəşər övladına həm sirdaş olur, həm də son ucu ölümlü dünyanın dərdlərini daşımağa, onları ovundurmağa təkan verir.

Qədim xalq musiqilərimizin, el havalarımızın, muğamlarımızın, o cümlədən, bəstəkar mahnılarımızın balabanda təkrarolunmaz ifaları vardır. “Sarı gəlin”, “Vağzalı”, “Mirzəyi”, “Uzundərə”, “Heyvagülü”, “Gözəlim sənsən”, “Sən gəlməz oldun” dediyimizdə balaban ifası yada düşür.

Balaban Azərbaycan musiqisində 7 əsas muğamdan biri sayılan “Segah” pərdəsi üzərində qurulduğu üçün onun mahir ifaçıları da, sözsüz ki, ruhları muğamla yoğurulmuş Azərbaycan türkləri sayılırlar.

Azərbaycanda bu alətin çoxsayli və mükəmməl ifaçıları olub. Bu gün Şirzad Fətəliyev, Əlixan Səmədov, Rafael Əsgərov və adlarını çəkə bilmədiyimiz bir çox peşəkar gənc balaban ifaçıları dünya səhnələrində Azərbaycan el havaları, xalq və bəstəkar mahnılarını balaban səsində ucaldır və sevdirirlər.

Yeri gəlmişkən həm də qeyd etməliyik ki, zaman-zaman mənfur qonşularımız ermənilər musiqimizi, mahnılarımızı, rəqslərimizi, çalğı alətlərimizi mənimsəməyə çalışıblar. Türkün bir çox milli mədəniyyət nümunələri kimi balabanı da hədəfə alıblar. Ermənilər Azərbaycan musiqisinə elə alışmışdılar ki, artıq özlərinin toy və digər şənliklərində yalnız Azərbaycan musiqisindən istifadə edirdilər. Azərbaycan musiqi sənəti ermənilərə o qədər doğmalaşmışdı ki, onlar Azərbaycan xalq musiqisini, bəstəkar mahnılarını, erməni musiqisi və mahnıları kimi təqdim etməyə başladılar. Hətta indinin özündə belə, Azərbaycan xalqına qarşı nifrət, milli ədavət hissləri qızışdıran hər bir erməni ailəsində dünyaya gələn körpə Azərbaycan musiqisi ilə göz açır. Ola bilsin ki, zaman gələcək Azərbaycan musiqisi ilə böyüyən bu uşaqlar, öz ata və babalarının bu kimi hərəkətlərinin ümumbəşəri humanist hisslərə zidd olduğunu anlayacaq, ömürləri boyu Azərbaycan musiqisindən aldıqları həzzə görə Azərbaycan xalqına və millətinə minnətdar olacaqlar. Hələlik ermənilər özlərinin çoxsaylı saytlarında Azərbaycan xalq musiqi alətlərini erməni milli musiqi alətləri kimi təqdim və bəzilərinin adlarında dəyişiklik edərək; məsələn, yastı balabanı, düdük (tütək), dəf, zərb, tulub, tütək, nağara kimi alətlərimizin adlarını isə, doop, parkapzuk, şvi, paku adlandırsalar da, tar, kamança, zurna kimi alətlərimizin nə adlarını, nə də formalarını dəyişdirə biliblər.

Erməni dilinə bələd olmayanlar bilməlidirlər ki, bu gün erməni orfoqrafiyasında səslənən düdük sözü, ermənilərə Azərbaycandan gəlmədi, bu söz də, elə bizim özümüzündür.

Bir şeyi unutmaq olmaz ki, böyük Türk dünyasının zəngin mədəniyyətinə tarix boyu əl uzadanlar çox olub. Bu zəngin irsi nəhəng, köklü bir ağaca bənzətsək, daş atanlar yalnız onun kiçik meyvələrindən bəhrələnə biliblər. Ağac isə öz kökü üzərində əsrlər boyu durduğu kimi bu gün də durur.

Həm də unudulmamalıdır ki, Azərbaycan folklorunda balabana aid bayatı da var:

Əzizim balabanı,

Asta çal balabanı.

Hamının balası gəldi,

Bəs mənim balam hanı...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub