Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqının soyqırımı: tarixi həqiqət

Azərbaycan xalqının soyqırımı: tarixi həqiqət

Bakı, 27 mart (AZƏRTAC). Bir neçə gündən sonra - martın 31-də bütün dünya azərbaycanlıları xalqımızın tarixində faciəli bir günü - Azərbaycanlıların Soyqırımı Gününün növbəti ildönümünü qeyd edəcəklər. Həmin gün Azərbaycanda və onun hüdudlarından kənarda 1918-ci ilin martında ölkəmizin müxtəlif şəhərlərində və kəndlərində törədilmiş hadisələrin qurbanlarının xatirəsinə həsr edilmiş tədbirlər keçiriləcəkdir. Erməni millətçiləri tərəfindən minlərlə azərbaycanlı, yəhudi və digər millətlərin nümayəndələrinin qətlə yetirilməsi ilə nəticələnmiş o faciəli hadisələr hələ araşdırılmalıdır.

Faciənin növbəti ildönümü ərəfəsində AZƏRTAC öz daimi müəllifi, Ukrayna Jurnalistlər İttifaqının üzvü, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, hüquq elmləri doktoru, professor Arif Quliyevin məqaləsini oxuculara təqdim edir.

X X X

 

Hər il martın 31-də Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən qeyd edilən bu qətliam Azərbaycan xalqının tarixində faciəli hadisələrin xalq yaddaşında təzahürüdür.

İki əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş soyqırımı aktına uzun illər boyu siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız 1918-ci ilin mart ayında azərbaycanlıların kütləvi şəkildə qırılması faktını soyqırımı kimi qiymətləndirmək cəhdləri olmuşdur. Lakin Azərbaycanda XIX əsrin əvvəlindən başlayaraq xalqın kütləvi şəkildə işgəncələrə məruz qalması, Azərbaycan torpaqlarının işğal edilməsi ilə müşayiət olunan bütün faciəli hadisələr tarixin yaddaşına həkk olunmuşdur. Bu gün - vaxtilə məxfiləşdirilmiş faktların üzə çıxarıldığı, əvvəllər qapalı sayılan mövzuların qaldırıldığı bir vaxtda Azərbaycan xalqının tarixi keçmişinin həqiqi mənzərəsini yaratmaq və əvvəllər təhrif olunmuş hadisələrə obyektiv qiymət vermək imkanı yaranır.

Son illərdə Azərbaycan dövləti azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmələr haqda həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün çox iş görmüşdür. Tarix boyu ermənilər Rusiya ilə əlbir olaraq azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmişlər. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda öz mövqeyini möhkəmlətmək istəyir, Ermənistan isə Rusiyanın himayədarlığına arxalanaraq əzəli Azərbaycan torpaqlarını ələ keçirməyi arzu edirdi.

Hələ 1721-ci ildə - Qafqaza yürüş və Azərbaycanın Xəzəryanı ərazilərinin, o cümlədən Bakının işğalı zamanı yerli əhalinin ciddi müqaviməti ilə üzləşən I Pyotr öz məqsədlərinə nail olmaq üçün ermənilərdən istifadə edirdi. O, ermənilərin Bakıda və Dərbənddə yerləşdirilməsi barədə göstəriş verdi. II Yekaterina bu siyasəti davam etdirərək 1768-ci ildə ermənilərin imperiya tərəfindən müdafiə olunması barədə fərman imzaladı. 1802-ci ildə isə İmperator I Aleksandr Qafqaz canişini knyaz Pavel Sisyanova konkret təlimat vermişdi: “Azərbaycan xanlıqlarını işğal etmək üçün nəyin bahasına olursa-olsun, ermənilərdən istifadə etmək lazımdır”.

1813-cü ildə Rusiya ilə İran arasında Gülüstan müqaviləsinin, 1828-ci ildə yenə həmin dövlətlər arasında Türkmənçay müqaviləsinin imzalanması nəticəsində faktiki olaraq Azərbaycanın tarixi ərazisinin parçalanması və azərbaycanlıların öz əzəli torpaqlarından qovulması başlandı. Həmin müqavilələrin şərtlərinə görə, başqa ərazilərlə yanaşı, müasir Azərbaycanın bir hissəsi də Rusiyaya keçdi. Elə həmin vaxt ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi başlandı. Beləliklə, Azərbaycan xalqına münasibətdə işğal siyasəti başlandı və soyqırımı həmin siyasətin ayrılmaz tərkib hissəsi oldu.

Azərbaycanın iki hissəyə bölünməsi ilə nəticələnmiş Gülüstan və Türkmənçay müqavilələri ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması prosesini sürətləndirdi. Türkmənçay müqaviləsi imzalanandan dərhal sonra, 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanına əsasən İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti” yaradıldı. Faktiki olaraq, bu sənədlə Azərbaycan ərazisində gələcək Ermənistanın yaradılmasının təməli qoyuldu. Statistik məlumatlara görə, həmin dövrdə İrəvan şəhərində 7 mindən çox azərbaycanlı və təxminən 2,5 min erməni yaşayırdı. Türkmənçay müqaviləsi imzalanandan sonra daha 40 min erməni İrandan İrəvana, Qarabağa və Naxçıvana köçürüldü. 1829-cu və 1878-ci illərin rus-türk müharibələrindən sonra da ermənilərin həmin ərazilərdə məskunlaşdırılması davam etdirildi. Türkiyədən 85 min erməni Azərbaycan torpaqlarına köçürüldü. Bütün bu proseslər azərbaycanlı əhalinin zorla qovulması və qətlə yetirilməsi ilə müşayiət olunurdu.

O vaxtdan şovinist “Böyük Ermənistan” ideyasının təbliği və erməni xalqının tarixinin saxtalaşdırılması başlandı. Bu ideyadan ruhlanan və Rusiyanın hakimiyyət orqanları tərəfindən dəstəklənən erməni işğalçılar azərbaycanlılara qarşı görünməmiş amansızlıqla geniş miqyaslı aksiyalar keçirdilər. XIX əsrin ikinci yarısında azərbaycanlılara qarşı soyqırımı artıq planlı xarakter aldı. Bu məqsədlə “Qnçak” (1887), “Daşnaksütyun” (1890), “Erməni vətənpərvərlər ittifaqı” (1895) kimi ekstremist qurumlar yaradıldı. 1905-1907-ci illərdə Bakıda başlanan ilk qanlı hadisələr Azərbaycanın çoxsaylı kəndlərini əhatə etdi. Həmin illərdə minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, onların əzəli torpaqları Ermənistan ərazisinə çevrildi.

O dövrdə Rusiyada baş verən inqilabi proseslərdən istifadə edən ermənilər Azərbaycanın onlarla kənd və şəhərlərində etnik təmizləmələr apardılar, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Eçmiədzin və başqa bölgələrdən azərbaycanlıları qovdular. 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında azərbaycanlılar yaşayan 199 kənd talan edildi və yandırıldı, həmin ərazilərdə yaşayan 135 min azərbaycanlının bir qismi məhv edildi, qalanlar öz torpaqlarını tərk etməyə məcbur oldular. Həmin dövrdə Azərbaycanda törədilən azğınlıqlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz məsələləri üzrə fövqəladə komissar təyin olunmuş Stepan Şaumyan rəhbərlik edirdi. Rusiya qoşunları tərəfindən işğal edilmiş Qafqazın sovetləşdirilməsi siyasətinin həyata keçirilməsi üçün Şaumyana fövqəladə səlahiyyətlər verilmişdi.

1918-ci ilin mart ayında Brest-Litovsk sülh sazişi bağlanandan sonra rus ordusu Qars, Ərdəhan və Batumini tərk etdi, çünki həmin regionlar Türkiyəyə keçmişdi və Türkiyə bu vilayətlərin azad olunmasını tələb edirdi. Rus və erməni qoşunlarının bir hissəsi İrandan və Türkiyədən qayıdaraq, o vaxt az miqdarda müsəlman könüllülərdən ibarət hərbi qulluqçuların olduğu Bakıda yerləşdirildi. Bakıdakı müsəlman hərbi qulluqçuların Lənkəranda könüllülərə silah göndərməyi qərara almasından istifadə edən Şaumyan Azərbaycanın bu cənub şəhərinə silah və sursat göndərilməsinə mane olmaq barədə əmr verdi. Atışma başlandı, ölənlər və yaralananlar oldu. Bu, münaqişə üçün bir bəhanə oldu. Şaumyan rusları və erməniləri qızışdıraraq azərbaycanlıların üstünə göndərdi və Bakıda müsəlman əhalisinin qətlə yetirilməsi başlandı.

Martın 30-da səhər erməni-bolşevik dəstələri şəhəri hərbi gəmilərdən atəşə tutdular. Artilleriya atəşindən sonra silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq, onları amansızcasına qətlə yetirirdilər. Martın 31-dən aprelin 1-nə keçən gecə azərbaycanlı əhaliyə qarşı qırğın kütləvi xarakter aldı. 3 gün ərzində Bakıda 17 min nəfər öldürüldü. Şaumyanın dəstələri Bakı sakinlərini qarət edirdi. Onlar Bakı sakinlərinə 400 milyon rubl həcmində maddi ziyan vurdular. Bundan əlavə, müsəlmanların ziyarətgahlarının çoxu dağıdıldı. Ağır toplardan Təzəpir məscidinə atəş açan daşnaklar və bolşeviklər Bakının möhtəşəm memarlıq abidələrindən biri olan “İsmailiyyə” binasını yandırdılar. Martın 30-dan aprelin 2-dək Şamaxıda törədilmiş qanlı qırğın nəticəsində 8 mindən çox azərbaycanlı, o cümlədən 2,5 mindən çox qadın və 1,3 minə yaxın uşaq öldürüldü. Azğınlaşmış daşnaklar Quba qəzasında 162 kəndi yerlə-yeksan etdilər, 16 mindən çox dinc sakini öldürdülər. Dağlıq Qarabağda azərbaycanlıların 160 yaşayış məntəqəsi tamamilə dağıdıldı, Şuşada qanlı qırğın törədildi. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlı öldürüldü, 10 mindən çox adam doğma yurdundan qovuldu. Şamaxıda 58 kənd dağıdıldı, 7 min dinc sakin məhv edildi. Ermənilər Azərbaycan torpaqlarına iddialarını bolşevik bayraqları altında gerçəkləşdirirdilər. 1918-ci ildə əksinqilabi mübarizə şüarı ilə Azərbaycan xalqını kütləvi şəkildə qırmağa başladılar. Həmin günlərdə Azərbaycanın minlərlə dinc sakini yalnız milli mənsubiyyət əlamətinə görə məhv edildi. Evlərə od vurulur, adamlar diri-diri yandırılır, məscidlər, məktəblər, kitabxanalar, memarlıq abidələri dağıdılırdı. Ermənilər Bakı, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda azərbaycanlı əhaliyə xüsusi amansızlıqla divan tutdular.

Ermənilərin vəhşiliyinə siyasi qiymət verməyə ilk dəfə ötən əsrin 20-ci illərində, Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra cəhd göstərildi. O vaxt martın 31-i matəm günü elan edildi. Lakin Xalq Cümhuriyyətinin süqutu bu prosesi uzun müddətə dayandırdı. Ermənilər isə Zaqafqaziyanın sovetləşdirilməsindən istifadə edərək, Azərbaycan torpaqlarının bir hissəsini öz əraziləri elan etdilər. Bu yolla azərbaycanlılar ötən əsrin əvvəllərində Ermənistan SSR-in ərazisindən kütləvi şəkildə qovuldular. Didərgin salınan xalqa qarşı mənəvi təcavüz başlandı: azərbaycanlıların hüquqları kobud şəkildə pozulur, onların ana dilində təhsil almasına əngəllər yaradılır, azərbaycanlılar kütləvi repressiyalara məruz qalırdı.

Sonrakı sovetləşdirmə illəri Azərbaycan xalqının onsuz da məşəqqətli olan vəziyyətini daha da ağırlaşdırdı. 1920-ci ilin baharında bolşeviklərin əlaltıları olan ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı yeni hücumları başlandı ki, bu da respublika üçün yenidən torpaqların itirilməsi ilə nəticələndi. Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistanının tərkib hissəsi elan edildi. Ermənilər şovinist məqsədlərinə çatmaq üçün heç nədən çəkinmirdilər. Sovet hakimiyyəti illərində Moskvanın dəstəklədiyi Ermənistan zəbt olunmuş ərazilərdən azərbaycanlıları sıxışdırıb çıxarmağa yönəlmiş şovinist siyasətini davam etdirdi.

Ötən əsrin 40-cı illərində erməni diasporu sovet rəhbərliyindən İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə almağa müvəffəq oldu. Bu da faktiki olaraq azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiya olunması prosesinin əsasını qoydu. 1945-ci ildə Ermənistan rəhbərliyi Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırsa da, həmin dövrdə buna nail ola bilmədi. Lakin Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan ermənilərin kütləvi şəkildə Ermənistana köçürülməsi başlandı. Bununla əlaqədar olaraq, guya əməyin səmərəliliyini artırmaq bəhanəsi ilə azərbaycanlı əhalini Ermənistan SSR-dən Azərbaycanın zəif inkişaf etmiş pambıqçılıq rayonlarına köçürməyə başladılar. Bu məqsədlə SSRİ Nazirlər Soveti iki qərar - “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” və “Kolxozçuların və digər azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında” qərarlar qəbul etdi.

Azərbaycan xalqına qarşı soyqırımı siyasətinə vaxtında obyektiv-hüquqi qiymət verilmədiyi üçün sovet mətbuatı azərbaycanlıların mənfi obrazını formalaşdırır, faktları qəsdən təhrif edərək ictimai rəyi çaşdırırdı.

Ötən əsrin 80-ci illərinin axırlarında azərbaycanlılara qarşı etnik təmizləmələrin yeni mərhələsi həyata keçirildi. Bu mərhələ Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə ikinci cəhddən başlandı. Heç bir beynəlxalq normaya məhəl qoymayan Ermənistan Azərbaycanın yeddi rayonunu özünə birləşdirməyə çalışır, bu zaman açıq təcavüzkarlıq nümayiş etdirirdi. Həmin dövrdən etibarən Moskvanın və Ermənistanın “Türklərsiz Ermənistan” siyasəti planlaşdırılmış şəkildə həyata keçirilməyə başlandı. Erməni ekstremist qruplaşmaları SSRİ-nin havadarlığı ilə Azərbaycan ərazisində yüzlərlə qanlı qırğın törətdilər.

Təəssüf ki, 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsinə o zaman siyasi qiymət verilmədi. Bu da yeni qurbanlara və yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından kütləvi şəkildə qovulmasına gətirib çıxardı. 1991-ci ilin yayında Ermənistan-Azərbaycan münaqişəsi açıq müharibə mərhələsinə keçdi. Erməni silahlı birləşmələrinin hərbi əməliyyatları nəticəsində Şaumyan, Hadrut, Mardakert, Əskəran, Martuni rayonlarının sakinləri öz evlərini tərk etməyə məcbur oldular. Bəzi kəndlər erməni işğalçılar tərəfindən tamamilə yandırıldı. Bir sıra hallarda dinc əhaliyə qarşı ağır zorakılıqlar törədildi.

1992-ci ilin fevral ayında ermənilər azərbaycanlılar yaşayan Xocalı şəhərinin əhalisinə amansızcasına divan tutdular. Azərbaycan xalqının tarixinə Xocalı soyqırımı kimi daxil olmuş o qanlı qırğın iki yüzillik ərzində zülmə və etnik təmizləmələrə məruz qalmış xalqımızın üzləşdiyi ən dəhşətli faciə oldu.

Ermənilərin Xocalıda azərbaycanlı əhaliyə qarşı törətdiyi qanlı qırğın bu gün dünyanın bir sıra ölkələrində soyqırımı kimi tanınmışdır. Öz əzəli torpaqlarından qovulmuş yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənəcəyinə, Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən pislənəcəyinə, respublikanın ərazi bütövlüyünün bərpa ediləcəyinə ümidini üzməmişdir.

Azərbaycan xalqının həyatında faciəli hadisələr barədə tarixi həqiqəti birinci olaraq Heydər Əliyev bəyan etdi. O, 1998-ci il martın 26-da bu əlamətdar tarix - Azərbaycanlıların Soyqırımı Günü haqqında Fərman imzaladı. Bu sənəd uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqəti açıqladı, xalqın yaddaşını təzələdi, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, vətənə məhəbbət duyğularına qaytardı. Bu gün Azərbaycan ədaləti səylə bərpa edir, Heydər Əliyevin həmin Fərmanı isə bu işi daha tam və ardıcıl həyata keçirməyə imkan verir.

Ümummilli lider Heydər Əliyevin başladığı siyasəti bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev dönmədən həyata keçirir. Dövlətimizin başçısı 1918-ci il mart hadisələrinin növbəti ildönümü ilə əlaqədar xalqa müraciətində demişdir: “Azərbaycan hökuməti və vətəndaşları, xaricdə yaşayan soydaşlarımız qarşısında bu gün bir-biri ilə sıx bağlı olan iki mühüm vəzifə durur: ərazilərimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail olmaq və azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bu vəzifələrin həlli üçün biz işğalçı Ermənistana qarşı siyasi, hüquqi, iqtisadi, ideoloji təzyiq vasitələrindən istifadə etməli, bütün daxili və xarici imkanlardan bəhrələnməliyik. Ermənistan iqtisadi və hərbi potensial baxımından bizimlə rəqabət aparmaq gücündə deyildir”.

Bu gün dünya azərbaycanlıları bütün dövlətlərə və dünya təşkilatlarına müraciətlə iki əsr ərzində Azərbaycan xalqına qarşı törədilmiş milli ədalətsizlik, terrorizm, soyqırımı, etnik təmizləmə faktlarını pisləməyə çağırır.

Mənim fikrimcə, azərbaycanlı olub-olmamasından asılı olmayaraq hər bir normal insan hiddətlənməyə bilməz ki, Azərbaycan xalqının üzləşdiyi bütün qanlı qırğınların təşkilatçıları və bilavasitə icraçıları hələ də layiqli cəzalarını almamışlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO