SİYASƏT
Azərbaycan XİN rəhbəri: Ermənistan tərəfi sülh prosesinə maneçilik törətməkdə davam edir


Bakı, 28 sentyabr, AZƏRTAC
Ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfi sülh prosesinə maneçilik törətməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 28-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimlə görüşündə deyib.
Ceyhun Bayramov Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə hörmət əsasında Ermənistanla sülh prosesində maraqlı olduğunu vurğulayıb.