AZƏRBAYCAN XOKKEYÇİLƏRİ “ÇELENC 1” YARIŞINDA QÜVVƏLƏRİNİ SINAYACAQLAR
Azərbaycan Otüstü Xokkey Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 9-da Rusiyanın Kazan şəhərində xokkey üzrə Avropa çempionatının “Çelenc 1” yarışları keçiriləcəkdir.
Yarışlarda iştirak edəcək Azərbaycanın kişilərdən ibarət otüstü xokkey komandasının heyəti açıqlanmışdır.
Məşqçi Saleh Hüseynovun rəhbərlik etdiyi komandanın heyətinə 18 idmançı cəlb olunmuşdur. Qadın yığmasından fərqli olaraq kişilərdən ibarət komandamıza legionerlər dəvət edilməmişdir.
Xokkeyçilərimiz ilk görüşü meydan sahibləri ilə keçirəcəklər. Yığmamız sentyabrın 10-da İsveç, 12-də Danimarka, 14-də Belarus,15-də isə Xorvatiya komandası ilə qarşılaşacaqlar.
Çempionatda mükafata layiq ilk yerləri tutacaq komandalar 2009-cu ildə Avropa çempionatının ən yüksək divizionu hesab olunan “Trofi” yarışına vəsiqə qazanacaqlar.
Altı yığma arasında sonuncu pillədə qərarlaşacaq komanda “Çelenc 1” divizionundakı yerini itirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]