AZƏRBAYCAN XÖRƏKLƏRİ DAHA DADLIDIR
Azərbaycan mətbəxinin yeməkləri dünyada ən dadlısıdır. Belarusun Vitebsk vilayətinin Miorı şəhərində keçirilən milli mətbəx festivalının münsiflər heyəti bu qərara gəlmişdir. AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan İcmaları Konqresinin Orş bölməsinin nümayəndələri “ən yaxşı kulinar” adına, festivalın diplomuna və xatirə hədiyyələrinə layiq görülmüşlər.
Azərbaycan İcmaları Konqresi “Qobustan” mədəni-maarif ictimai birliyinin yaranmasının 18-ci ildönümünü qeyd etməyə hazırlaşır. Birlik Belarusda təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılmışdır. Bu ay Azərbaycanın dövlət müstəqilliyi gününə həsr olunmuş bir sıra tədbirlər də nəzərdə tutulmuşdur. Minskdə diasporumuzun fəallarının görüşü keçiriləcək, Belarusda yaşayan azərbaycanlıların birləşməsinə, iki ölkənin xalqları arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın inkişafına böyük töhfəyə görə “Qobustan” birliyinin bir sıra üzvlərinə diplomlar, mükafatlar və fəxri fərmanlar təqdim olunacaqdır.
“Röya” qrupunun müşaiyəti ilə xalq artisti Niyaməddin Musayevin Minskdə olacaq konserti barədə artıq afişalar və Belarus televiziyası ilə göstərilən reklam çarxı məlumat verir. Bu yaxınlarda “Qobustan” jurnalının nəşrə başlayacağı və internet saytın açılacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]