Azərbaycan Yazıçılar Birliyində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AYB-in sədri, Xalq Yazıçısı Anar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində törətdikləri dəhşətli soyqırımı haqqında ətraflı məlumat vermişdir. O, XX əsrin ən qəddar kütləvi və amansız qırğın aktının erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı yeritdikləri etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd etmişdir.
Birliyin katibləri - Xalq Şairi Fikrət Qoca, Xalq Yazıçısı Çingiz Abdullayev Xocalı faciəsini gələcək nəsillərin unutmaması üçün Xocalıda qəhrəmancasına vuruşaraq həlak olan zabit və əsgərlərimizin adlarının bədii əsərlərdə əbədiləşdirilməsinin vacibliyini vurğulamışlar.
Şair Ənvər Əhməd, Ədalət Əsgəroğlu və başqaları qəddar erməni vandallarını lənətləyən şeirlər söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]