Azərbaycana ilk qar yağıb - FOTO VİDEO




Qubanın Xınalıq kəndində qarın hündürlüyü 12 santimetrə çatıb
Quba, 28 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Ötən gecədən başlayaraq Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 12 santimetrə çatıb. Qırız kəndində 11, Qusarın Ləzə kəndində isə 2 santimetr qar qeydə alınıb.
Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.
Qeyd edək ki, qarın yağması Quba və Qusarın ucqar kəndlərinə gedən yollarda çətinlik yaratmayıb.