Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbir keçirilib YENİLƏNİB

Bakı, 25 fevral, AZƏRTAC

Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbir və KİV nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Aqrar Sığorta Fondunun, Kənd Təsərrüfatı Nazirliyinin, Medianın İnkişafı üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos”un, “Agro Dairy” şirkətinin rəhbərliyi və nümayəndələri, eləcə də, fermer və təsərrüfat nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycanda və dünyada aqrar sığorta mexanizminin yaradılması və inkişafı, Aqrar Sığorta Fondunun fəaliyyəti, o cümlədən 2024-cü ilin nəticələri, eləcə də sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı təqdimatlar edilib, fermer və təsərrüfat rəhbərlərinin çıxışları dinlənilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta mexanizmi dövlətin aqrar sektora dəstəyinin növbəti addımıdır. 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu ötən 5 il ərzində maliyyə dayanıqlı bir təşkilata çevrilərək fermerlərin risklərini uğurla qarşılamaqdadır. Fond sədri bildirib ki, yeni yaradılmış aqrar sığorta mexanizmi dövlətin fermerlərə dəstəyinin daha bir nümunəsi olmaqla yanaşı, bu sahəyə dövlətin və fermerlərin yatırdığı investisiyaları qoruyur. Xüsusilə iqlim dəyişiklikləri dövründə aqrar sığorta mexanizmi təsərrüfatları çoxsaylı risklərdən, o cümlədən təbii fəlakətlərdən qoruyur.

Hazırda aqrar sığorta mexanizmi 41 növ bitkini, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını qoruyur. Bura taxıl və tarla bitkiləri, texniki bitkilər, meyvə bağları və tərəvəz-bostan bitkiləri aiddir. Bu təsərrüfatlar təqribən 30-a yaxın riskdən qorunur. Son günlər ölkə ərazisində qeyri sabit hava şəraitini və havaların soyuq keçdiyini xatırladan fond sədri bildirib ki, aqrar sığorta əkinləri, xüsusilə meyvə bağlarını şaxtavurma riskindən də sığorta edir və bu hadisələr üzrə ödənişlər edilir.

Tədbirdə kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev ölkə iqtisadiyyatı üçün mühüm sahə olan aqrar sahənin davamlı inkişafında aqrar sığortanın əhəmiyyətini qeyd edib.

MEDİA Agentliyinin şöbə müdiri Elşən Ağayev isə belə tədbirlərin jurnalistlərin ixtisaslaşması və iqtisadi proseslərin düzgün işıqlandırılması baxımından mühüm olduğunu bildirib.

Tədbirdə “Dünyada və Azərbaycanda aqrar sığortamexanizmi, risklər və məhsullar” mövzusunda təqdimatda bildirilib ki, dünyada aqrar sığortanın müxtəlif modelləri var. Azərbaycan bu sahədə qardaş Türkiyənin TARSİM təşkilatının təcrübəsindən istifadə edib. Yaradılan aqrar sığorta modeli, dövlət dəstəkli və qeyri-kommersiya xarakterli olması səbəbindən daha dayanıqlıdır.

Qeyd edilib ki, aqrar sığorta vasitəsilə əkin sahələrinin sığortası olduqca sərfəlidir. Belə ki, aqrar sığortaya dövlətin 50 faizlik mühüm dəstəyi var. Bunun sayəsində fermerlər öz təsərrüfatlarını ikiqat aşağı qiymətlə sığorta edə bilirlər. Məsələn, ölkənin əksər hissəsində 1000 manatlıq taxılın illik sığorta haqqı cəmi 7-10 manat ətrafındadır.

Tədbirdə jurnalistlərin bölgədəki fermerlərlə birbaşa ünsiyyətinə şərait yaradılıb. Əkin sahəsinə dəymiş zərərə görə Aqrar Sığorta Fondundan ödəniş almış Ağsu rayonunu Abasxanlı kənindən olan fermer Rasim Məmmədov canla yayımla tədbirə qoşularaq sığorta hadisəsi, sığorta ödənişini alması barədə ətraflı məlumat verib. O aqrar sığorta mexanizmindən məmnun qaldığını bildirərək digər fermerləri də əkin sahələrini sığorta etməyə çağırıb.

Tədbirdə “Aqrar sığorta hadisələri və zərərlərin tənzimlənməsi” mövzusunda təqdimatda Azərbaycanda əkin sahələrində baş verən təbiət hadisələri, bu hadisələrin təsərrüfatlara vurduğu zərər, zərərlərin araşdırılması və qarşılanması prosesi ətraflı izah edilib. Bildirilib ki, ölkədə ən çox baş verən təbiət hadisələri fırtına-qasırğa, dolu, sel-subasma halıdır. Buna misal olaraq 2024-cü ildə Samux rayonunda 600 hektar ərazinin su basması misal göstərilib. Həmin hadisə nəticəsində buradakı sığortalı təsərrüfatlara dəyən təqribən 700 min manatlıq zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanıb.

Tədbirdə Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos”un nümayəndələri “Kosmik texnologiyalar aqrar sektorun xidmətində” mövzusunda təqdimatla çıxış edərək peykdən əkin sahələrinin monitorinqi imkanlarını nümayiş etdirib və bu monitorinqin əhəmiyyətini izah ediblər.

“Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbirdə ötən il təbiət hadisəsi nəticəsində zərərlə üzləşmiş və böyük məbləğdə sığorta ödənişi almış “Kür Fruit” şirkətinin rəhbəri Ramiz Nuriyev çıxış edərək aqrar sığorta prosesi barədə məlumat verib, eləcə də aqrar sığortanın daha da təkmilləşdirilməsi üçün təkliflərini açıqlayıb.

Toplantıda Aqrar Sığorta Fondunun 2024-cü il üzrə nəticələri açıqlanıb. Bildirilib ki, 2024-cü ildə Azərbaycanda aqrar sığortaya maraq artmaqda davam edib.

Belə ki, sığortalanan əkinlərin sahəsi 447 min hektara çatıb. Bu 2023-cü illə müqayisədə 25 min hektar və ya 6 faiz artıqdır. Əkin sahələrinin sığortalanması üzrə aqrar sığorta müqavilələrinin sayı 11 faiz artaraq 56 min 662-yə yüksəlib. 2024-cü ildə ilk dəfə olaraq nektarin, qarpız, albalı, yemiş və tütün bitkilər də sığorta edilib.

Tədbirdə bildirilib ki, ötən il fond tərəfindən zərərə məruz qalmış təsərrüfatlara 6 milyon 423 min manat sığorta ödənişi edilib. Əvvəlki illə müqayisədə sığorta ödənişləri 22 milyon manat və ya 46 faiz artıb. Sığorta ödənişlərinin 5 milyon 246 min manatı bitkiçilik, 1 milyon 177 min manatı isə heyvandarlıq təsərrüfatlarının payına düşüb.

Bitkiçilik üzrə ən çox sığorta ödənişləri: fırtına-qasırğa, sel-subasma və dolu, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti üzrə edilib. Ən çox ödəniş edilən bitkilər (taxıl, pambıq və qarğıdalıdan başqa): üzüm, gilas, alma, badam və ərik, çəltik və qarpız olub. Bitkiçilik üzrə ən çox zərər ödənişləri 6 rayonun - Şəki, Samux, Qobustan, Ağcabədi, Saatlı, Ağstafa rayonlarının payına düşür.

Tədbirdə Aqrar Sığorta Fondunun rəhbərliyi aqrar sığorta sistemində mühüm yer tutan müstəqil aqrar sığorta ekspertləri üçün yaradılan imkanlar barədə açıqlama verib. Bildirilib ki, aqrar sığorta ekspertləri təsərrüfatlarda riski və zərəri qiymətləndirirlər. Hazırda ölkədə ümumilikdə 800-1000 nəfərə qədər ekspertə ehtiyac var, amma onların real sayı təqribən 100 nəfərdir.

Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov ekspertlərin gəlirlərinin yüksək olduğunu xüsusi qeyd edib, bildirib ki, ekspertlərin aylıq gəlirləri 1000-1500 manatdan başlayır, gündəlik gəlir limiti isə 500 manata qaldırılıb. Fond rəhbəri ölkədəki aqronom və digər yaxın ixtisas sahiblərini bu imkandan istifadə etməyə və aqrar sığorta eksperti kimi çalışmağa dəvət edib.

Tədbirdə qeyd edib ki, 2024-cü ildə aqrar sığortanın əlçatanlığı üzrə işlər davam etdirilib. Belə ki, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə tariflər 5,2 faizdən mal-qara üçün 4,9 faizə, xırdabuynuzlu heyvanlar üçün 4,7 faizə endirilib. Eləcə də aqrar sığortanın əhatə dairəsi genişlənib və Naxçıvan Muxtar Respublikasında yeni filial fəaliyyətə başlayıb.

Tədbirdə jurnalistlərin çoxsaylı sualları cavablandırılıb və ətraflı izahlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir