Azərbaycanda cüdo məşqçiliyi inkişaf etdirilir
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyası (ACF) Dan dərəcələrinin verilməsinə həsr olunmuş seminar və imtahan təşkil edib.
ACF-dən AZƏRTAC-a verilən məlumata görə, ölkədə bir ilk olan bu təşəbbüs Azərbaycanda cüdo məşqçiliyinin gələcəyinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Seminarın əsas məqsədi Dan sisteminə uyğun olaraq, məşqçilərin bacarıqlarını qiymətləndirmək və müəyyən etməkdir. Həmçinin Dan dərəcələri üzrə seminarın və imtahanın keçirilməsi məşqçilərin motivasiyasına müsbət təsir göstərəcək, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.
Seminar və imtahanı uğurla başa vurduqdan sonra iştirakçılara müvafiq Dan dərəcəsi üzrə bilik və bacarıqlarını təsdiq edən sertifikat veriləcək.
Qeyd edək ki, Türkiyə Cüdo Federasiyasının Təhsil Direktoru, Avropa Cüdo Birliyinin Kata Komissiyasının üzvü Mehmet Yılmaz tərəfindən aparılan seminarda 50 cüdo məşqçisi iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]