AZƏRBAYCANDA DİN VƏ ƏQİDƏ AZADLIĞI TƏMİN OLUNUR
Azərbaycanda uğurla aparılan demokratik islahatlar, ictimai həyatın bütün sahələrini əhatə edən mütərəqqi dəyişikliklər, insan haqlarının, o cümlədən vətəndaşların din və əqidə azadlıqlarının təmin edilməsinə yönəlmiş mütərəqqi qanunların qəbul olunması və praktiki tədbirlər barədə ətraflı məlumat verən nazir, bu sahədə BMT və digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Nazir, vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən ölkəmizdə müxtəlif dinlər arasında heç bir fərq qoyulmadığını, milliyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən cəzaçəkmə yerlərində məhkumların din və əqidə azadlığının təmin olunması üçün hər cür şərait yaradıldığını bildirmiş, penitensiar sistemdə görülən işləri diqqətə çatdırmışdır.
Eyni zamanda insan hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edən ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən əsaslı tədbirlər, ölkəmizin başçısı İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsinə dair 2006-ci il 19 yanvar tarixli Fərmanından irəli gələn mühüm vəzifələr, yeni məhkəmələrin yaradılması, vakant hakim vəzifələrinə namizədlərin ən demokratik və şəffaf prosedurlar əsasında seçilməsi ilə bağlı görülən işlər qeyd edilmişdir.
Bakıda keçirdiyi görüşlərdən danışan xanım Asma Cahangir Azərbaycanda mövcud olan dini dözümlülükdən məmnun qaldığını bildirmiş, din və əqidə azadlığının təmin olunması sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndirmiş, vətəndaş cəmiyyətinin inkişafı üzrə görülən işləri, qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının sayının dəfələrlə artmasını razılıqla qarşılamışdır.
Qonaq təmsil etdiyi qurumun məhkəmə-hüquq islahatlarına böyük maraq göstərdiyini vurğulayaraq, Azərbaycanda bu sahədə görülən işləri yüksək dəyərləndirmişdir.
Görüşdə din və əqidə azadlığı ilə bağlı digər məsələr müzakirə olunmuş, qonağı maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Tədbirdə ədliyyə nazirinin müavini Vilayət Zahirov iştirak etmişdir.