Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılır QANUN
Bakı, 3 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” Qanunu imzalayıb.
AZƏRTAC xəbər verir ki, Qanuna əsasən, Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri (DXER) yaradılacaq.
Qanunda qeyd olunub ki, dövlət xidmətlərinin təminatçıları tərəfindən yeni xidmət müəyyən edən normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən 30 iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamenti DXER-ə daxil edilməsi üçün təqdim edilməlidir. Xidmətlər barədə məlumatlar elektron kabinet üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək göndəriləcək.
Həmçinin bildirilib ki, DXER-in operatoru tərəfindən 7 iş günü müddətində xidmət təminatçısı tərəfindən göndərilmiş məlumatların tamlığı və düzgünlüyü yoxlanılacaq və bu barədə xidmət təminatçısına elektron formada bildiriş göndəriləcək. Aşkar edilmiş çatışmazlıqlar xidmət təminatçısı tərəfindən aradan qaldırılaraq 7 iş günü müddətində yenidən DXER-in operatoruna göndərilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]