Azərbaycanda keçirilən prezident seçkilərində yüksək fəallıq müşahidə edilir
Bakı, 11 aprel, AZƏRTAC
Prezident seçkiləri yüksək səviyyədə təşkil olunub. Bakı şəhəri 23 nömrəli məktəbdə yerləşən seçki məntəqəsi müasir avadanlıqla təchiz edilib, veb-kameralar quraşdırılıb. Şəffaflığın tam təmin olunması məqsədi ilə beynəlxalq müşahidəçilər də dəvət edilib.
Bu barədə AZƏRTAC-a 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 nömrəli seçki məntəqəsində seçkiləri izləyən yerli müşahidəçi Yadigar Ələkbərov bildirib.
Y.Ələkbərov deyib: “Seçkilər şəffaf və demokratik şəraitdə keçir. Artıq səhər tezdən seçicilərin yüksək fəallığı müşahidə edilir. Əminəm ki, gün ərzində seçicilərin axını artacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]