Azərbaycanda müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 8-i gündüzdən 9-u səhərədək müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 8-i gündüzdən 9-u səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Güclü şimal-qərb küləyi əsib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-11, Naxçıvan Muxtar Respublikasında 7-10, Lənkəran-Astara zonasında 8-52, Mərkəzi Aran rayonlarında 2-21, Böyük Qafqazda 6-39 mm, Kiçik Qafqazda 11 mm-dək təşkil edib.
Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 26, Böyük Qafqazda 40, Kiçik Qafqazda 9, Naxçıvan Muxtar Respublikasında 38, Mərkəzi Aran rayonlarında 8, Bakıda və Abşeron yarımadasında 12 sm-dək olub.
Şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi rayonlarda 18-36 m/s-dək güclənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]