AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİ ÖLKƏDƏ DEMOKRATİYANIN İNKİŞAFI ÜÇÜN SON DƏRƏCƏ ƏHƏMİYYƏTLİDİR
O, Prezident İlham Əliyevin ölkədə seçki praktikasının təkmilləşdirilməsinə dair bir sıra qərarlarını nəzərə çarpdıraraq demişdir: “Mənim belə hesab etməyə hər cür əsasım var ki, Prezident Əliyev azad və ədalətli seçkilər keçirilməsinin zəruriliyinə ciddi yanaşır”. Brayza, sözünə qüvvət olaraq, namizədlərə KİV-lərdə bərabər imkan yaradıldığını, habelə seçicilərin barmaqlarının görünməyən mürəkkəblə işarələnəcəyini qeyd etmişdir. O demişdir: “Beynəlxalq birliyin tövsiyələrinin nəzərə alındığı sonuncu sərəncam ədalətli və azad seçkilər keçirilməsinə doğru mühüm addımdır”.
ABŞ Dövlət Departamentinin nümayəndəsi hesab edir ki, “yaxın vaxtda Azərbaycanın qarşısında duran mühüm vəzifə heç bir zorakılığa yol verməməkdən ibarətdir. Müxalifət demokratiyaya sadiqliyini nümayiş etdirmək üçün fitnəkarlığa yol verməməlidir. Hökumət də ölkədə qayda-qanunun saxlanması çərçivəsindən kənara çıxan güc tətbiqinə yol verilməməsi üçün zəruri tədbirlər görməlidir”.
Azərbaycanda parlament seçkilərinə həsr olunmuş seminarda Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev də iştirak etmiş, ölkədəki cari vəziyyətdən və seçkilərə hazırlıqdan danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]