AZƏRBAYCANDA QHT-LƏRLƏ ƏMƏKDAŞLIQ MEXANİZMİ VƏ İŞ PRİNSİPİ AROPALI ALİMLƏRİN MARAĞINA SƏBƏB OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, noyabrın 9-10-da Amsterdamda “Avropa qeyri-hökumət təşkilatlarının hüquqi şərtləri və perspektivləri” mövzusunda I Qurultay keçirilmişdir. Avropa dövlətlərinin təmsilçilərinin iştirak etdikləri tədbirdə Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Gülşən Kazımova və “Kids and Respect” cəmiyyətinin prezidenti, “Ana Vətən” Birliyi idarə heyətinin üzvü Leyla Babayeva iştirak etmişlər.
Avropada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının dövlətin demokratik sistemindəki rolu barədə aparılan müzakirələrdə Vətəndaş Cəmiyyətlərinin Avropa Kontekstinin sədri, professor Tymen J. van der Ploeq, Avropa Komissiyasının nümayəndəsi L.Legris, Avropa Surasının nümayəndəsi Sofi Meudal-Linders və tanınmış alimlərin çıxışları dinlənilmişdir. Alimlər Azərbaycanın elm dünyası ilə fəal əməkdaşlığını xüsusi qeyd etmiş və ölkəmizin Niderlanddakı səfiri Fuad İsgəndərovun Amsterdam Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbələri qarşısındakı mühazirəsini yüksək qiymətləndirmişlər.
Həmyerlimiz Gülşən Kazımovanın Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq mexanizmin və iş prinsipi barədə çıxışı maraqla qarşılanmışdır.
Qurultayda Amsterdam Universitetinin alimlərinin Azərbaycan diaspor təşkilatları ilə birlikdə Qafqaza aid I Beynəlxalq Konfrans keçirmələri qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]