AZƏRBAYCANDA ŞAHMATIN SƏVİYYƏSİ ÇOX YÜKSƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 6-da Bakıda qadınlar arasında II beynəlxalq şahmat turnirində 3-cü turun oyunları keçirilmişdir. Bolqarıstan şahmatçısı Antoanetta Stefanovanın gürcü şahmatçısı Lela Cavaxişvili ilə qarşılaşması heç-heçə başa çatmışdır.
A.Stefanova oyundan sonra AZƏRTAC-ın müxbirinə məxsusi müsahibə vermişdir.
-Oyunun nəticələrindən razısınızmı?
-Oyun kifayət qədər mürəkkəb, bərabər mübarizə şəraitində keçdi. Heç-heçəyə baxmayaraq, nəticədən razıyam.
-Sizcə, turnirin favoriti kimdir?
-Bu suala cavab vermək çətindir. Turnirdə çoxlu güclü şahmatçı iştirak edir. Favorit barədə danışmaq hələ tezdir.
-Şəhərimiz xoşunuza gəldimi? Gəzintiyə vaxtınız qalırmı?
-Birinci gün şəhəri gəzməyə imkan tapdıq. Qız qalasında, Şirvanşahlar sarayında olduq. Bakı çox xoşuma gəlir, gözəl şəhərdir.
-Azərbaycanda şahmatın inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
-Hamı bilir ki, Azərbaycanda şahmatın səviyyəsi yüksəkdir. Ölkənizdə xüsusilə kişilər arasında güclü şahmatçılar, ümumilikdə çox güclü şahmat mədəniyyətiniz var. Qadın yığmasının üzvləri ilə iş, kişilərdən ibarət yığma komandada olduğu kimi, sürətlə davam etdirilərsə, nəzərəçarpacaq nəticələr əldə edəcəksiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]